Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-316/2024 01.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3939.88 manat məbləğində əsas kredit borcu, 9.33 manat faiz borcu olmaqla cəmi 3949.21 (üç min doqquz yüz qırx doqquz tam yüzdə iyirmi bir) manat kredit borcu və 59,50 (əlli doqquz tam yüzdə əlli) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Cəlilabad” filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Cəlilabad” filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi üzrə cəmi 3949.21 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Cəlilabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ № 256733 saylı X1 görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-523 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X3 qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etİrazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə illik 21 faiz dərəcəsi tətbiq edilməklə 4000 manat məbləğdə pul mədaxil edilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” ASC-nın xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən 3939.88 manat məbləğində əsas kredit borcu, 9.33 manat faiz borcu olmaqla cəmi 3949.21 (üç min doqquz yüz qırx doqquz tamyüzdə iyirmi bir) manat təşkil etmişdir. İş materiallarında olan AZ-İİ № 256733 saylı X2 surətindən görünür ki, X5 xx.xx.2022-ci tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V- 523 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işdə olan sübutlarla X5 və «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Cəlilabad” filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3939.88 manat məbləğində əsas kredit borcu, 9.33 manat faiz borcu olmaqla cəmi 3949.21 (üç min doqquz yüz qırx doqquz tamyüzdə iyirmi bir) manat məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən X5, digər tərəfdən isə Azərbaycan Beynəlxalq Bankı” ASC olmaqla xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti X5 ilə bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən ona 4000 manat məbləğində kredit verilməsini, lakin öhədliyin icrasının başa çatmasınadək X4 xx.xx.2022-ci tarixdə vəfat etməsini əsas gətirməklə həmin kredit borcunun ödənilməmiş məbləğinin X4 miras əmlakını qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 tutulmalı olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-523 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına məütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 vərəsələri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən 3939.88 manat məbləğində əsas kredit borcu, 9.33 manat faiz borcu olmaqla, cəmi 3949.21 (üç min doqquz yüz qırx doqquz tam yüzdə iyirmi bir) manat məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 59 (əlli doqquz) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********02 saylı kredit müqaviləsinə əsasən 3939 (üç min doqquz yüz otuz doqquz) manat 88 (səksən səkkiz) qəpik əsas kredit borcu, 9 (doqquz) manat 33 (otuz üç) qəpik faiz borcu olmaqla, cəmi 3949 (üç min doqquz yüz qırx doqquz) manat 21 (iyirmi bir) qəpik kredit borcu və 59 (əlli doqquz) manat 50 (əlli) qəpik dövlət rüsumu, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-316/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-316/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver