Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-323/2023 30.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc qismində 15.000 manat, əldən çıxmış fayda qismində 42.000 manat, cəmi 57.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 26 yanvar 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı borc qismində 15.000 manat, əldən çıxmış fayda qismində 42.000 manat, cəmi 57.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə görə isə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat və 10.000 manatdan yuxarı olan iddianın qiymətinin 3 faizi miqdarında dövlət rüsumu tutulur. Belə olan halda, iddiaçı cavabdehdən cəmi 57.000 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə, 261 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməlidir. Lakin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddia ərizəsinə ümumiyyətlə dövlət rüsumunun ödənilməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş, təyinatı məlum olmayan, “Xuraman” adlı müştərinin adından 92 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair 21 yanvar 2020-ci il tarixli, ********** nömrəli mədaxil orderi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı borc qismində 15.000 manat, əldən çıxmış fayda qismində 42.000 manat, cəmi 57.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-323/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-323/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver