Məhkəmə qərarları › İş №e-2(022)-323/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-323/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-323/2024 01.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla qızının sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 01 may 2023-cü il tarixli, SHLMB- 10434 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 894.96 manat, faiz borcuna görə 108.74 manat, cərimə borcuna görə 231 manat, cəmi 1234.70 manat pul və dövlət rüsumu kimi ödənilmiş 32.35 manat məbləğində pul vəsaitinin iddiaçı“ İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, SHLMB-10434 saylı kredit müqaviləsinə əsasən illik 27,5% dərəcəsi olmaqla 12 ay müddətinə 1155 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-ci il tarixli, SHLMB-10434 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023ci il tarixli, SHLMB-10434 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 894,96 manat, faiz borcuna görə 108,74 manat,cərimə borcuna görə 231 manat, cəmi 1234,7 manat təşkil edir. xx.xx.2023-ci il tarixli, SHLMB-10434 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-ci il tarixli, SHLMB-10434 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Sahil” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep-qırıq - 1 ədəd, çəkisi- 2,3, əyarı–500; Üzük-qaş yox əzik – 2 ədəd, çəkisi- 3,6, əyarı– 583; Sırqa – 1 ədəd, çəkisi- 2,2, əyarı–583; Konplekt – 1 ədəd, çəkisi- 4,5, əyarı–585; Sep+klon – 1 ədəd, çəkisi- 4,5,əyarı–585; Qolbaq-sınıq – 1 ədəd, çəkisi- 2, əyarı–585; Cəmi: 19,1 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, SHLMB-10434 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 01 may 2023-cü il tarixli, SHLMB-10434 saylı müqaviləyə əsasən borclu X3 27,5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1155 manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli bank hesabı müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 01 may 2023-cü il tarixli, SHLMB-10434 saylı bank hesabı müqaviləsinə əsasən X2 iddiaçı banka borcu xx.xx.2024-cü il tarixə ödənilməmiş 894,96 (səkkiz yüz doxsan dörd manat, doxsan altı qəpik) manat, faiz borcuna görə 108,74 (yüz səkkiz manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 231 (iki yüz otuz bir) manat, cəmi borcu 1234,70 (min iki yüz otuz dörd manat, yetmiş qəpik) manat təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla X2 İddiaçı ASC ilə bağladığı 01 may 2023-cü il tarixli, SHLMB-10434 saylı bank hesabı müqaviləsinə əsasən X2 iddiaçı banka borcu xx.xx.2024-cü il tarixə ödənilməmiş 894,96 (səkkiz yüz doxsan dörd manat, doxsan altı qəpik) manat, faiz borcuna görə 108,74 (yüz səkkiz manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 231 (iki yüz otuz bir) manat, cəmi borcu 1234,70 (min iki yüz otuz dörd manat, yetmiş qəpik) manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh X4 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 31 mart 2023-cü il tarixli, SHLMB-10434 saylı müqavilə üzrə 894,96 (səkkiz yüz doxsan dörd manat, doxsan altı qəpik) manat, faiz borcuna görə 108,74 (yüz səkkiz manat yetmiş dörd qəpik) manat, cərimə borcuna görə 231 (iki yüz otuz bir) manat, cəmi borcu 1234,70 (min iki yüz otuz dörd manat, yetmiş qəpik) manat pul cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 67 (altmış yeddi) manat 01 (sıfır bir) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 894,96 (səkkiz yüz doxsan dörd manat, doxsan altı qəpik) manat əsas borc 108,74 (yüz səkkiz manat yetmiş dörd qəpik) manat faiz borcu, 231 (iki yüz otuz bir) manat cərimə borcu, cəmi 1234,70 (bir min iki yüz otuz dörd manat, yetmiş qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar