Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-325/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştitakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı nağd pul kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 335789-1-29222 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 10.233.58 manat əsas borc, 883.51 manat faiz borcu, 595.60 manat cərimə borcu, ümumilikdə isə 11.712.69 manat məbləğində pulun, xx.xx.2022-ci il tarixli 335789-CNS-36821 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 9.766 manat əsas borc, 983.11 manat faiz borcu, 430.20 manat cərimə, ümumilikdə 11.179.31 manat pul məbləğinin və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158.68 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 335789-1-29222 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh kredit təşkilatlarında olan kreditin yenidən maliyyələşdirilməsi məqsədi ilə illik 22.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10.881 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə bağlandığı zaman müqavilənin 5.1.8-ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5 faiz endirilir. Həmçinin Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub, həmin şərtləri qəbul edərək, 01 iyul 2022-ci il tarixli 335789- CNS-36821 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 24 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9.766 manat kredit verilməsini xahiş etmiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Lakin borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 335789-1- 29222 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 10.233.58 manat əsas borc, 883.51 manat faiz borcu, 595.60 manat cərimə borcu, ümumilikdə isə 11.712.69 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 335789-CNS-36821 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 9.766 manat əsas borc, 983.11 manat faiz borcu, 430.20 manat cərimə, ümumilikdə 11.179.31 manat pul məbləğinin borcu qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 335789-1-29222 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”dən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə 60 ay müddətinə 22.90% illik borc faizləri ödəməsi şərtilə 10881 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli 335789-CNS-36821 saylı “Nağd pul krediti müqaviləsi”dən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə 60 ay müddətinə 24% illik borc faizləri ödəməsi şərtilə 9766 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 22.11,2021-ci il tarixli 335789-1- 29222 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi üzrə 10.233.58 manat əsas borc, 883.51 manat faiz borcu, 595.60 manat cərimə borcu, ümumilikdə isə 11.712.69 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 335789-CNS-36821 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 9.766 manat əsas borc, 983.11 manat faiz borcu, 430.20 manat cərimə, ümumilikdə 11.179.31 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq təşkil edən 595.60 manat cərimə borcu 59 manata qədər və 430.20 manat cərimə borcu məbləğinin 43 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 335789-1-29222 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi üzrə 10.233.58 manat əsas borc, 883.51 manat faiz borcu, 59 manat cərimə borcu, ümumilikdə isə 11.176.09 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 335789-CNS- 36821 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 9.766 manat əsas borc, 983.11 manat faiz borcu, 43 manat cərimə, ümumilikdə 10.792.11 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilidiyinə görə iş üzrə ödənilmiş 158.68 manat dövlət rüsumunun bir hissəsi, yəni 28.68 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməli, dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 130 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 335789-1-29222 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi üzrə 10.233 (on min iki yüz otuz üç) manat 58 (əlli səkkiz) qəpik əsas borc, 883 (səkkiz yüz səksən üç) manat 51 (əlli bir) qəpik faiz borcu, 59 (əlli doqquz) manat cərimə borcu, ümumilikdə isə 11.176 (on bir min yüz yetmiş altı) manat 09 (sıfır doqquz) qəpik məbləğində borc və xx.xx.2022-ci il tarixli 335789-CNS-36821 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 9.766 (doqquz min yeddi yüz altmış altı) manat əsas borc, 983 (doqquz yüz səksən üç) manat 11 (on bir) qəpik faiz borcu, 43 (qırx üç) manat cərimə, ümumilikdə 10.792 (on min yeddi yüz doxsan iki) manat 11 (on bir) qəpik məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 (yüz otuz) manat məbləğlərdə pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-325/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-325/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver