Məhkəmə qərarları › İş №e-2(022)-331/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-331/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-331/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 8330 (səkkiz min üç yüz otuz) manat 96 (doxsan altı) qəpik əsas borc, 289 (iki yüz səksən doqquz) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 106 (yüz altı) manat 75 (yetmiş beş) qəpik cərimə borcu, ümumilikdə isə 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 107 (yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən 3.8ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 21.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 8849 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 8330 (səkkiz min üç yüz otuz) manat 96 (doxsan altı) qəpik əsas borc, 289 (iki yüz səksən doqquz) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 106 (yüz altı) manat 75 (yetmiş beş) qəpik cərimə borcu, ümumilikdə isə 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik borcu qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı “Nağd pul kredit müqaviləsin”dən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə 60 ay müddətinə 21.90% illik borc faizləri ödəməsi şərtilə 8849 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı Nağd pul kredit müqaviləsi üzrə 8330 (səkkiz min üç yüz otuz) manat 96 (doxsan altı) qəpik əsas borc, 289 (iki yüz səksən doqquz) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 106 (yüz altı) manat 75 (yetmiş beş) qəpik cərimə borcu, ümumilikdə isə 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 170670-CNS-30081 saylı Nağd pul kredit müqaviləsi üzrə 8330 (səkkiz min üç yüz otuz) manat 96 (doxsan altı) qəpik əsas borc, 289 (iki yüz səksən doqquz) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 106 (yüz altı) manat 75 (yetmiş beş) qəpik cərimə borcu, ümumilikdə isə 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilidiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 107 (yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin iddiası təmin edilsin. Cavabdeh 8330 (səkkiz min üç yüz otuz) manat 96 (doxsan altı) qəpik əsas borc, 289 (iki yüz səksən doqquz) manat 23 (iyirmi üç) qəpik faiz borcu, 106 (yüz altı) manat 75 (yetmiş beş) qəpik cərimə borcu, ümumilikdə isə 8726 (səkkiz min yeddi yüz iyirmi altı) manat 94 (doxsan dörd) qəpik məbləğində pul və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 107 (yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar