Məhkəmə qərarları › İş №e-2(022)-332/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-332/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-332/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 340549-CNS-32212 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə banka borclu olduğu 12.794 (on iki min yeddi yüz doxsan dörd) manat 11 (on bir) qəpik əsas borc, 1007 (min yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 556 (beş yüz əlli altı) manat 95 (doxsan beş) qəpik cərimə borcu, ümumilikdə isə 14.358 (on dörd min üç yüz əlli səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh 10 fevral 2022-ci il tarixli 340549-CNS- 32212 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət edərək ona istehlak məqsədi ilə illik 18.50 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13500 manat kredit verilməsini xahiş etmiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir.Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Cavabdeh kredit vəsaitindən iistifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə banka 12.794 (on iki min yeddi yüz doxsan dörd) manat 11 (on bir) qəpik əsas borc, 1007 (min yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 556 (beş yüz əlli altı) manat 95 (doxsan beş) qəpik cərimə borcu, ümumilikdə isə 14.358 (on dörd min üç yüz əlli səkkiz) manat 65 (altmış beş) qəpik borcu qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2022-ci il tarixli 340549-CNS-32212saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC cavabdeh X1 oğluna kreditdən istifadəyə görə 60 ay müddətinə 18.50% illik borc faizləri ödəməsi şərtilə 13500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə bağlanmış 10 fevral 2022-ci il tarixli 340549-CNS-32212 saylı kredit müqaviləsi üzrə 12.794 (on iki min yeddi yüz doxsan dörd) manat 11 (on bir) qəpik əsas borc, 1007 (min yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 556 (beş yüz əlli altı) manat 95 (doxsan beş) qəpik cərimə borcu, ümumilikdə isə 14.358 (on dörd min üç yüz əlli səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 556.95 manat cərimə borcunun 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 fevral 2022-ci il tarixli 340549-CNS- 32212 saylı kredit müqaviləsi üzrə 12.794 (on iki min yeddi yüz doxsan dörd) manat 11 (on bir) qəpik əsas borc, 1007 (min yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə isə 13.851 (on üç min səkkiz yüz əlli bir) manat 70 (yetmiş) qəpik məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilidiyinə görə iş üzrə ödənilmiş 133.08 manat dövlət rüsumunun bir hissəsi, yəni 33.08 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməli, dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 12.794 (on iki min yeddi yüz doxsan dörd) manat 11 (on bir) qəpik əsas borc, 1007 (min yeddi) manat 59 (əlli doqquz) qəpik faiz borcu, 50 (əlli) manat cərimə borcu, ümumilikdə isə 13.851 (on üç min səkkiz yüz əlli bir) manat 70 (yetmiş) qəpik məbləğində pul və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar