Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-333/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 manat 29 qəpik, faiz borcu qismində 213 manat 12 qəpik, cərimə qismində 183 manat 49 qəpik, cəmi 1.619 manat 90 qəpik və 23 may 2022ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 manat, faiz borcu qismində 162 manat 07 qəpik, cərimə qismində 140 manat 25 qəpik, cəmi 1.237 manat 32 qəpik, ümumilikdə 2.857 manat 22 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 26 yanvar 2023-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 manat 29 qəpik, faiz borcu qismində 213 manat 12 qəpik, cərimə qismində 183 manat 49 qəpik, cəmi 1.619 manat 90 qəpik və 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 manat, faiz borcu qismində 162 manat 07 qəpik, cərimə qismində 140 manat 25 qəpik, cəmi 1.237 manat 32 qəpik, ümumilikdə 2.857 manat 22 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 27 yanvar 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə 1.317 məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsindən görünür ki, 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə 935 manat məbləğində kredit vermişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş borca dair maliyyə arayışlarından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə borcu 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 manat 29 qəpik, 09 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 12 qəpik, cərimə qismində 183 manat 49 qəpik, cəmi 1.619 manat 90 qəpik və 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 manat, 08 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 162 manat 07 qəpik, cərimə qismində 140 manat 25 qəpik, cəmi 1.237 manat 32 qəpik, ümumilikdə 2.857 manat 22 qəpik qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 manat 29 qəpik, 09 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 manat 12 qəpik, cərimə qismində 183 manat 49 qəpik, cəmi 1.619 manat 90 qəpik və 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 manat, 08 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 162 manat 07 qəpik, cərimə qismində 140 manat 25 qəpik, cəmi 1.237 manat 32 qəpik, ümumilikdə 2.857 manat 22 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 manat 29 qəpik, faiz borcu qismində 213 manat 12 qəpik, cərimə qismində 183 manat 49 qəpik, cəmi 1.619 manat 90 qəpik və 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 manat, faiz borcu qismində 162 manat 07 qəpik, cərimə qismində 140 manat 25 qəpik, cəmi 1.237 manat 32 qəpik, ümumilikdə 2.857 manat 22 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 manat 97 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə 22 aprel 2022-ci il tarixli, 626-EBD-0404-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.223 (bir min iki yüz iyirmi üç) manat 29 (iyirmi doqquz) qəpik, 09 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 213 (iki yüz on üç) manat 12 (on iki) qəpik, cərimə qismində 183 (bir yüz səksən üç) manat 49 (qırx doqquz) qəpik və 23 may 2022-ci il tarixli, 626-EBD-0547-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 935 (doqquz yüz otuz beş) manat, 08 dekabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 162 (bir yüz altmış iki) manat 07 (yeddi) qəpik, cərimə qismində 140 (bir yüz qırx) manat 25 (iyirmi beş) qəpik, habelə habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik, cəmi 2.906 (iki min doqquz yüz altı) manat 19 (on doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-333/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-333/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver