Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-338/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, Cavabdeh4 açıq səhmdar cəmiyyətinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 658 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 84 qəpik, cərimə qismində 2 manat 06 qəpik, cəmi 667 manat 68 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 26 yanvar 2023-cü il tarixdə Cavabdeh4 açıq səhmdar cəmiyyəti Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 658 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 84 qəpik, cərimə qismində 2 manat 06 qəpik, cəmi 667 manat 68 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 27 yanvar 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh4 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh4 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 illik 1% faiz dərəcəsi ilə, 12 ay güzəşt müddəti müəyyən eilməklə, 60 ay müddətinə 981 manat 60 qəpik məbləğində güzəştli kredit verilmişdir. İşdə olan 02 oktyabr 2019-cu il tarixli, GK-MK-1784/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 02 oktyabr 2019-cu il tarixli, GK- MK1784/19 saylı güzəştli kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq güzəştli kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan Cavabdeh4 açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 02 oktyabr 2019cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 Cavabdeh4 açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 658 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 84 qəpik və cərimə qismində 2 manat 06 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 Cavabdeh4 açıq səhmdar cəmiyyətinə 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc qismində 658 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 84 qəpik və cərimə qismində 2 manat 06 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (güzəştli kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, güzəştli kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün güzəştli kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun güzəştli kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu güzəştli kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində güzəştli kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin güzəştli kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 658 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 6 manat 84 qəpik və cərimə qismində 2 manat 06 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh4 açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Cavabdeh4 açıq səhmdar cəmiyyətinin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, GK-MK1784/19 saylı güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 658 (altı yüz əlli səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 6 (altı) manat 84 (səksən dörd) qəpik, cərimə qismində 2 (iki) manat 06 (altı) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 697 (altı yüz doxsan yeddi) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-338/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-338/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver