Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-341/2023 04.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1147 (min yüz qırx yeddi) manat əsas borcun və bu borca hesablanmış 516 (beş yüz on altı) manat 15 (on beş) qəpik məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 1663 (min altı yüz altmış üç) manat 15 (on beş) qəpik məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 60 (altmış) qəpik pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 1147 manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 382.34 manat olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd edilən borc öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyi icra etmədiyindən müqavilənin 2.4-cü bəndinin tələbi əsasında 516.15 manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır.Cavabdehin 26 dekabr 2022-ci il tarixinə iddiaçıya 1147 manat əsas borc, bu borca hesablanmış 516.15 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 1663.15 manat ödənilməmiş borc öhdəliyi vardır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışdan görünür ki, 26 dekabr 2022-ci il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya 1147 manat əsas borc olmaqla, müqavilənin 2.4-cü bəndinin şərtlərinə əsasən hesablanmış 516.15 manat dəbbə pulu ilə birlikdə 1663.15 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Borcun etirafı və ödəniş qaydası haqqında iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, borclu kreditora 1147 manat borcun yarandığını tam etiraf etmiş və borclu hər ay borcunu 382.34 manat ödəmək şərti ilə 3 aya, yəni xx.xx.2020-ci il tarixdən ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı MMC-yə 1147 manat əsas borc və 516.15 manat dəbbə borcu, ümumilikdə 1663.15 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İşin yuxarıda qeyd olunan hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 09 dekabr 2019-cu il müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə əsas borc qismində 1147 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 516.15 manat olmaqla, cəmi 1663.15 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36.60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc qismində 1147 (min yüz qırx yeddi) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 516 (beşyüz on altı) manat 15 (on beş) qəpik olmaqla, cəmi 1663 (min altı yüz altmış üç) manat 15 (on beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 60 (altmış) qəpik pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-341/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-341/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver