Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-378/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərəkl, Cavabdeh 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik pul vəsaitinin tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 200804-417478/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətə illik 19,9 faiz dərəcəsi ilə 5400 manat məbləğdə kredit verilmişdir. Borcalan əsas ödəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. 26 yanvar 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılması, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsi öhdəsinə götürür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, yaxud nümayəndəsi məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 14 dekabr 2021-ci il tarixli 200804-417478/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətə illik 19,9 faiz dərəcəsi ilə 5400 manat məbləğdə kredit verilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 dekabr 2021-ci il tarixli 200804-417478/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə kimi İddiaçı açıq səhmdar cəmiyyətinə borcu 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 14 dekabr 2021-ci il tarixli 200804-417478/1 saylı kredit müqaviləsi üzrə 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik təşkil etməsi təsdiq olunur. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh 14 dekabr 2021-ci il tarixli 200804-417478/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin əvəzi qismində 72 (yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 4578 (dörd min beş yüz yetmiş səkkiz) manat 10 (on) qəpik əsas borc, 629 (altı yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik faiz borcu olmaqla, cəmi 5207 (beş min iki yüz yeddi) manat 55 (əlli beş) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 48 (qırx səkkiz) qəpik məbləğlərində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-378/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-378/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver