Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-387/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc qismində 4329 (dörd min üç yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik, faiz borcu qismində 857 (səkkiz yüz əlli yeddi) manat 34 (otuz dörd) qəpik, cərimə borcu qismində 13 (on üç) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 5200 (beş min iki yüz) manat 58 (əlli səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərmişdir ki, "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 5306nkADJ/21 saylı kredit müqviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 5000 manat məbləğdə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilmədinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 5306nkADJ/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh hesabına illik 29 faizlə 36 ay müddətinə 5000 manat məbləğində kredit köçürülmüşdür. İşdə olan 02 fevral 2023-cü il tarixli "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 4329 (dörd min üç yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik, faiz borcu qismində 857 (səkkiz yüz əlli yeddi) manat 34 (otuz dörd) qəpik, cərimə borcu qismində 13 (on üç) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 5200 (beş min iki yüz) manat 58 (əlli səkkiz) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 5306nkADJ/21 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 4329 (dörd min üç yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik, faiz borcu qismində 857 (səkkiz yüz əlli yeddi) manat 34 (otuz dörd) qəpik, cərimə borcu qismində 13 (on üç) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 5200 (beş min iki yüz) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 4329 (dörd min üç yüz iyirmi doqquz) manat 45 (qırx beş) qəpik, faiz borcu qismində 857 (səkkiz yüz əlli yeddi) manat 34 (otuz dörd) qəpik, cərimə borcu qismində 13 (on üç) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 5200 (beş min iki yüz) manat 58 (əlli səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-387/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-387/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver