Məhkəmə qərarları › İş №e-2(022)-404/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-404/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-404/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2122NZF kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi borc 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik, bundan 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu və iş üzrə ödənilmiş 73 (yetmiş üç) manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsinə əsasən cavabdehə 05 iyun 2015-ci il tarixli 1631NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1% dərəcəsi ilə 6100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 02 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.Bu müqavlənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikıərini tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikıərini yerinə yetirməmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik təşkil edir, bundan 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu təşkil edir. İddiaçı ASC, cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o (nümayəndələri) məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, borcunu tam ödəmək imkanı olmadığını, lakin hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında olan xx.xx.2019-cu il tarixli 2122NZF saylı güzəştli şərtlərlə kredit müqaviləsinə əsasən 60 ay müddətinə aylıq faiz dərəcəsi 1% olmaqla, güzəşt müddəti 12 ay olmaqla 6100 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə kimi İddiaçı açıq səhmdar cəmiyyətinə cəmi borcu 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik təşkil edir, bundan 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə İddiaçı açıq səhmdar cəmiyyəti olmaqla xx.xx.2019-cu il tarixli 2122NZF saylı güzəştli şərtlərlə kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq Cavabdeh müqaviləyə əsasən kredit borcunun, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarında olan xx.xx.2019-cu zaminlik müqaviləsindən görünür ki, qızı, Zamin xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş cəmi borc 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik, bundan 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu təşkil etməsi təsdiq olunur. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə cəmi borc 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik, bundan 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu pul vəsaiti cavabdehlərdən ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 (yetmiş üç) manat məbləğdə pul vəsaiti cavabdehlərdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2122NZF kredit müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2122NZF saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və Zamin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5262 (beş min iki yüz altmış iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 4 (dörd) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 0,01 (sıfır bir) qəpik cərimə borcu, cəmi 5267 (beş min iki yüz altmış yeddi) manat 46 (qırx altı) qəpik borc və iş üzrə ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsümu tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar