Məhkəmə qərarları › İş №e-2(022)-410/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-410/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-410/2023 07.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması, həmin məbləğin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,05 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilən məbləğin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması, həmin məbləğin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,05 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilən məbləğin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Atabank» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2019cu il tarixli, 2185NZF saylı kredit müqaviləsinə əsasən sonuncu ilə 24 iyun 2014-cü il tarixli, 1377NZF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti hesab edilməklə, illik bir faiz dərəcəsi ilə 5.700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 noyabr 2019-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, 1-ci dalanda, ümumi sahəsi 0,05 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evini ipoteka ilə yüklü edilmiş və həmin müqavilə Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 noyabr 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışda həmin evin ipoteka ilə yüklü edilməsi barədə çıxarış verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Nəticədə cavabdehin 21 noyabr 2021-ci il tarixə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 5.164 manat 22 qəpik əsas borcu, 79 manat 38 qəpik faiz borcu və 05 qəpik cərimə borcu, cəmi 5.243 manat 65 qəpik məbləğində borcu yaranmışdır. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda, iddiaçının nümayəndəsi 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması, həmin məbləğin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,05 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilən məbləğin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiçının nümayəndəsi R.İ.İsmayılov 06 sentyabr 2023-cü il tarixdə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə işdə olan sübutlar əsasında və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə və iddianı etiraf edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra onun İddiaçı açıq səhmdar cəmiyyətinə olan kredit borcunun qalıq hissəsi restrukturizasiya edilərək, onunla həmin bank arasında 07 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və ona 5 il müddətinə 1 il güzəşt müddəti hesab edilməklə, illik bir faiz dərəcəsi ilə 5.700 manat məbləğində kredit verilmişdir. Onun Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evi onunla İddiaçı açıq səhmdar cəmiyyəti arasında hələ 2014-cü ildə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, 07 noyabr 2019-cu il tarixdə onun evi İddiaçı açıq səhmdar cəmiyyəti qarşısında kredit öhdəliklərinin icrasına görə təkrarən ipoteka ilə təkrarən yüklü edilmişdir. 2014-cü ildə ipoteka müqaviləsi bağlandığı zaman ona məxsus evin likvid qiyməti 40.000 manat məbləğində müəyyən edildiyinə görə təkrar ipoteka müqaviləsində də eyni qiymət müəyyən edilmişdir. 2019-cu ildə yeni ipoteka müqaviləsi bağlandığı zaman o, həmin evin likvid qiymətinin yüksək hesab etsə də, həmin dövrdə maddi vəziyyəti ilə əlaqədar kredit borcunu vaxtında ödəyə biləcəyini hesab etmiş, buna görə evin likvid qiymətinin 40.000 manat göstərilməsinə etiraz etməmişdir. Hazırda isə ölkədə bütün sahələrdə olduğu üçün daşınmaz əmlak bazarında da qiymətlər artmışdır. Buna görə də kimi ipoteka ilə yüklü edilmiş mənzilin da likvid dəyəri 2019-cu ildə qiymətləndirildiyi kimi deyildir və həmin əmlakın likvid dəyəri daha çoxdur. Buna görə də o, 04 aprel 2023-cü il tarixli məhkəmə iclasında ekspertiza təyin edilərək, ona məxsus evin likvid dəyərinin yenidən müəyyən edilməsini xahiş etmişdir. Onun vəsatəti təmin edilərək, iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. Həmin ekspertiza rəyində ipoteka predmeti olan fərdi yaşayış evinin likvid qiyməti 63.000 manat, bazar qiyməti isə 70.000 manat qiymətində dəyərləndirilmişdir. Hazırda o, həmin evin satılmasına və həmin məbləğin bir qismi ilə onun iddiaçıya olan borcunun ödənilməsinə razıdır. Sonda, Cavabdeh iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini edilməsini xahiş etdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək, Cavabdeh iddiaçı banka olan borcunun ödənilməsi məqsədi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin satılmasına olduğuna və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı həmin kredit müqaviləsinə əsasən iddiaçıdan illik faiz dərəcəsi 1% olmaqla, 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 5.700 manat məbləğində kredit götürmüşdür. Mülki işdə olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin 08 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 21 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(022)-410/2023 saylı məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsi haqqında qərardadından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində, habelə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 73 manat və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması, həmin məbləğin Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, həmin əmlakın satılmasından əldə edilən məbləğin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiasına dair iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir. Mülki işdə olan 08 avqust 2023-cü il tarixli, LP-113/2023 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətindəki ipoteka predmeti olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 70.000 manat, likvid qiyməti isə 63.000 manat təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya həmin müqavilə üzrə 21 noyabr 2022-ci il tarixə əsas borc qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik, cərimə qismində 0,05 qəpik, cəmi 5.243 manat 65 qəpik məbləğində ödənilməmiş borcu yarandığı təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. Həmin tələblərə əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi daxildir. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün əsas borc qismində 5.164 manat 22 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 manat 38 qəpik və cərimə qismində 0,05 qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına çəkilmiş xərcin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21 may 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan 07 noyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən, 78 kvadrat metr yaşayış sahəsindən və 55,8 kvadrat metr yardımçı sahədən, ümümilikdə 133,8 kvadratmetr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evi Cavabdeh ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminat üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Həmin evin bazar qiyməti 50.000 manat, likvid dəyəri isə 40.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin və 0,06 hektar torpaq sahəsinin Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 24 iyun 2014-cü il tarixli, 1377NZF saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminat üsulu kimi 25 iyun 2014-cü il tarixdən 25 iyun 2017-ci il tarixədək müddət ərzində ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus olan Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin Cavabdeh ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminat üsulu kimi 07 noyabr 2019-cu il tarixdən 07 noyabr 2024-cü il tarixədək müddət ərzində ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 14 sentyabr 2022-ci il tarixli bildirişin surətindən və həmin bildirişin qeydiyyata alınmasına dair 03 avqust 2022-ci il tarixli ərizənin surətindən görünür ki, tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.2-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 1 saylı Qərardadında göstərilmişdir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan 07 noyabr 2019-cu il ipoteka müqaviləsindən görünür ki, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən, 78 kvadrat metr yaşayış sahəsindən və 55,8 kvadrat metr yardımçı sahədən, ümümilikdə 133,8 kvadratmetr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 50.000 manat, likvid dəyəri isə 40.000 manat məbləğində müəyyən edilmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə mübahisə tərəfləri ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş qiymətlərini mübahisələndirmişlər. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(022)- 410/2023 saylı qərardadı ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və ipoteka predmeti hesab edilən, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən, 78 kvadrat metr yaşayış sahəsindən və 55,8 kvadrat metr yardımçı sahədən, ümümilikdə 133,8 kvadratmetr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertiza rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İş materiallarında olan və əmlak qiymətləndiricisi “Legal Prime” məhdud məsuliyyətli cəmiyyətinin məhkəməyə təqdim etdiyi, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən, 78 kvadrat metr yaşayış sahəsindən və 55,8 kvadrat metr yardımçı sahədən, ümümilikdə 133,8 kvadratmetr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 08 avqust 2023cü il tarixli mütəxəssis rəyindən görünür ki, hal-hazırda ipoteka predmeti olan fərdi yaşayış evinin likvid qiyməti 63.000 manat, bazar qiyməti isə 70.000 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 08 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən əmlakın likvid qəyəri kimi 63.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi üçün tutma ipoteka predmeti olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən, 78 kvadrat metr yaşayış sahəsindən və 55,8 kvadrat metr yardımçı sahədən, ümümilikdə 133,8 kvadratmetr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla, Cavabdeh iddiaçıya olan borcu ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cəmi 5.361 manat 65 qəpik məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi ilə əhatə olunduğuna və həmin tələb üzrə qərar çıxarıldığına görə, habelə qeyd edilən məsələ məhkəmə qərarının icrası mərhələsində həll edilməli olan məsələ olduğu üçün ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması hissəsində iddia tələbi üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 73 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə mütəssis rəyinin alınması üçün ödənilməli olan vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən “Legal Prime” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə 21 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 5.164 (beş min bir yüz altmış dörd) manat 22 (iyirmi iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 (yetmiş doqquz) manat 38 (otuz səkkiz) qəpik, cərimə qismində 0,05 (sıfır tam yüzdə beş) qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi qismində 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 (yetmiş üç) manat, cəmi 5.361 (beş min üç yüz altmış bir) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 63.000 (altmış üç min) manat məbləğində müəyyən edilsin. Cavabdeh məxsus olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılması üçün, ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Cavabdeh məxsus olan və Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 4A, 1-ci dalanda, ümumi sahəsi 0,06 hektar torpaq sahəsində yerləşən 133,8 kvadrat metr sahədən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 07 noyabr 2019-cu il tarixli, 2185NZF saylı kredit müqaviləsi üzrə 21 noyabr 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 5.164 (beş min bir yüz altmış dörd) manat 22 (iyirmi iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 79 (yetmiş doqquz) manat 38 (otuz səkkiz) qəpik, cərimə qismində 0,05 (sıfır tam yüzdə beş) qəpik, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi qismində 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 73 (yetmiş üç) manat, cəmi 5.361 (beş min üç yüz altmış bir) manat 65 (altmış beş) qəpik məbləğində borcu ödənilsin. İş üzrə mütəxəssis rəyinin alınması üçün ödənilməli olan vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh “Legal Prime” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar