Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-412/2025 29.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin cavabdehляр Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «X5” Açıq Səhmdar Cəmiyyəti cavabdehляр Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1036,83 AZN əsas, cəmi 1036,83 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.77 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum Həsənov Əlizadə Abdulkərim oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 915rstSLY/19 saylı Güzəştli Kredit və X6 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 1265,15 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla) illik 1 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Notariat Ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Иддиачы «X5” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhəkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməйин səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişляр. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 915rstSLY/19 saylı эцзяштли kredit вя банк щесабы müqaviləsindən görünür ki, “X5”Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Həsənov Əlizadə Abdulkərim oğluna kreditdən istifadəyə görə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla 1265,15 manat məbləğdə kredit verilmişdir. İşdə olan «X5” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Həsənov Əlizadə Abdulkərim oğlunun kredit müqaviləsi müddətinin sonuna, xx.xx.2025-ci il tarixə kimi «X5” Açıq Səhmdar Cəmiyyətinə 1036,83 AZN əsas, cəmi 1036,83 AZN кредит боръу вардыр. İş materiallarında olan AZ-İİ № 275123 saylı X3 surətindən görünür ki, Həsənov Əlizadə Abdulkərim oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar Rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Həsənov Əlizadə Abdulkərim oğlunun vərəsəляри: Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 110 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AZE0******* xx.xx.2010-Biləsuvar RPŞ FİN:xxxxxxx, d\t xx.xx.1975), Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 110 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA*******, xx.xx.2021 Səyyar Asan2, FİN:xxxxxxx, d\t xx.xx.2005) və Biləsuvar şəhəri M.İbrahimov küçəsi ev 110 ünvanında qeydiyyatda olan X2лур (AZE12520809, xx.xx.2015 Səyyar-Asan2, FİN:75TURLU, d/t:xx.xx.2008) və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Шящадятнамя верилян мирас ямлак: «КРЕДИТ ЕВИ» ГСЪ-нин xx.xx.2023-ъц ил тарихли №1111 сайлы мяктубуна ясасян гызыл-зинят яшйаларындан ибарятдир. Beləliklə, işdə olan sübutlarla Həsənov Əlizadə Abdulkərim oğlunun “X5” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 915rstSLY/19 saylı эüzəştli кredit və бank щesabı мüqaviləsinə ясасян üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya xx.xx.2025-ci il tarixə kimi «X5” Аçıq Сəhmdar Ъəmiyyətinə 1036,83 AZN əsas, cəmi 1036,83 AZN borcunун yaranması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Həsənov Əlizadə Abdulkərim oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də məhkəmə hesab edir ki, мярщум Həsənov Əlizadə Abdulkərim oğluнун вярясяляри олан cavabdehляр Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli 915rstSLY/19 saylı эüzəştli кredit və бank щesabı мüqaviləsinə ясасян 1036,83 AZN əsas, cəmi 1036,83 AZN məbləğdə pul vəsaiti «X5” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı «X5” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ərizə verərkən dövlət rüsumu олараг ödədiyi 30 (otuz) manat 77 (yetmiş yeddi) qəpik məbləğdə pul vəsaiti cavabdehлярdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehляр Cavabdeh2 və Cavabdeh1 iddiaçı «X5” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1036 (бир min otuz altı) manat 83 (səksən üç) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat 77 (yetmiş yeddi) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(022)-412/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-412/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver