Məhkəmə qərarları › İş №e-2(022)-413/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-413/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-413/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə, Cavabdeh “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (dooxsan beş) qəpik borcun, həmçinin ərizəyə görə ödənilmiş 113 (yüz on üç) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 manat məbləğdə kredit verilmiş və bununla bağlı, “X2” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə olan əsas borcu 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (dooxsan beş) qəpik təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürüdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən “X2” açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 17% borc faizi ödəməsi şərtilə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə “X2” açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X2” açıq səhmdar cəmiyyətinə xx.xx.2023-cü il tarixə borcu 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (dooxsan beş) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “X2” açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (dooxsan beş) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlınmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə xitam verilməklə, 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (dooxsan beş) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 (yüz on üç) manat 36 (otuz altı) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8777 (səkkiz min yeddi yüz yetmiş yeddi) manat 26 (iyirmi altı) qəpik əsas borc, 518 (beş yüz on səkkiz) manat 69 (altmış doqquz) qəpik faiz borcu, cəmi 9295 (doqquz min iki yüz doxsan beş) manat 95 (doxsan beş) qəpik borc, ödənilmiş dövlət rüsumuna görə 113 (yüz on üç) manat 36 (otuz altı) qəpik pul tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar