Məhkəmə qərarları › İş №e-2(022)-426/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-426/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-426/2024 14.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9170 (doqquz min yüz yetmiş) manat 06 (sıfır altı) qəpik əsas borc, 453 (dörd yüz əlli üç) manat 14 (on dörd) qəpik faiz borcu, cəmi 9623 (doqquz min altı yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 23 (iyirmi üç) qəpik pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsinə əsasən ona illik 19 faiz dərəcəsi ilə 15 ay müddətinə 9266.17 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 9170.06 AZN əsas, 453.14 AZN faiz, cəmi 9623.2 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəmə iclaslnda iddia tələbini qismən qəbul etdiyini, idiaçıya olan borcunu birdəfəlik ödəyə bilməyəcəyini, yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 19% borc faizləri ödəməsi şərtilə 15 ay müddətinə 9266.17 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC-nin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2024-cü il tarixə ödənilməmiş 9170 (doqquz min yüz yetmiş) manat 06 (sıfır altı) qəpik əsas, 453 (dörd yüz əlli üç) manat 14 (on dörd) qəpik faiz, cəmi 9623 (doqquz min altı yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsinə əsasən kreditor «Kapital Bank ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş oğlu xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdirlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx/xx/2023 tarixli RGTK2562946B151 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 9170 (doqquz min yüz yetmiş) manat 06 (sıfır altı) qəpik əsas, 453 (dörd yüz əlli üç) manat 14 (on dörd) qəpik faiz, cəmi 9623 (doqquz min altı yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9170 (doqquz min yüz yetmiş) manat 06 (sıfır altı) qəpik əsas borc, 453 (dörd yüz əlli üç) manat 14 (on dörd) qəpik faiz borcu, cəmi 9623 (doqquz min altı yüz iyirmi üç) manat 20 (iyirmi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (yüz on altı) manat 23 (iyirmi üç) qəpik pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar