Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-432/2025 27.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.713 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 manat 27 qəpik, cəmi 1.807 manat 90 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 28 yanvar 2025-cİ il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.713 manat 63 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 manat 27 qəpik, cəmi 1.807 manat 90 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 08 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 28 yanvar 2025-cİ il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh gündəlik tələbat məqəsdi ilə, kreditdən istifadəyə görə illik 27% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 1.713 manat 63 qəpik məbləğində kredit vermişdir. İşdə olan 19 avqust 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsinə əsasən 1.713 manat 63 qəpik məbləğində kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən nağd şəkildə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə həmin müqavilə üzrə borcu əsas borc qismində 1.713 manat 63 qəpik, 23 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 manat 27 qəpik, cəmi 1.807 manat 90 qəpik təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətlərindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə həmin müqavilə üzrə borcu əsas borc qismində 1.713 manat 63 qəpik, 16 dekabr 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 127 manat 27 qəpik, cəmi 1.840 manat 90 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1.713 manat 63 qəpik, 23 yanvar 2025-ci il tarixə tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 manat 27 qəpik, cəmi 1.807 manat 90 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İşdə olan sübutlarla isə təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi üzrə məhkəmədə iddia qaldırıldığı tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verdiliyi tarixdəki məbləğdən azdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.713 manat 63 qəpik və 23 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 manat 27 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 08 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 19 avqust 2024-cü il tarixli, RGTK9337906B151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.713 (bir min yeddi yüz on üç) manat 63 (altmış üç) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 94 (doxsan dörd) manat 27 (iyirmi yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 08 (səkkiz) qəpik, cəmi 1.845 (bir min səkkiz yüz qırx beş) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-432/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-432/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver