Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-479/2024 08.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.324 manat 80 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 90 qəpik, cəmi 4.335 manat 70 qəpik və 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 298 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 manat 56 qəpik, cərimə qismində 34 qəpik, cəmi 300 manat 09 qəpik, ümumilikdə 4.635 manat 79 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 07 mart 2024-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.324 manat 80 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 90 qəpik, cəmi 4.335 manat 70 qəpik və 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 298 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 manat 56 qəpik, cərimə qismində 34 qəpik, cəmi 300 manat 09 qəpik, ümumilikdə 4.635 manat 79 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 11 mart 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsinin və həmin müqavilə üzrə ödəniş planın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 27 noyabr 2014-cü il tarixli, 020R********** saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun ödənilməsi məqsədi ilə illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 12.737 manat 87 qəpik məbləğində kredit kredit alanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki işdə olan 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə kreditin verilməsinə dair 18 dekabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, 12.737 manat 87 qəpik məbləğində kredit vəsaiti İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 məxsus **********415577 nömrəli cari hesabına mədaxil edilmişdir. İşdə olan 18 dekabr 2019-cu il tarixli, 020G**********04 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli, 020G**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 18 dekabr 2019-cu il tarixli, 020G**********03 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli, 020G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsinin və həmin müqavilə üzrə ödəniş planın surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 13 mart 2014-cü il tarixli, 20R000007485 saylı kredit müqaviləsi üzrə qalıq kredit borcunun ödənilməsi məqsədi ilə illik 1% faiz dərəcəsi ilə 60 ay müddətinə 678 manat 47 qəpik məbləğində kredit kredit alanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki işdə olan 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə kreditin verilməsinə dair 18 dekabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, 678 manat 47 qəpik məbləğində kredit vəsaiti İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 məxsus **********415577 nömrəli cari hesabına mədaxil edilmişdir. İşdə olan 18 dekabr 2019-cu il tarixli, 020G**********04 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli, 020G**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 18 dekabr 2019-cu il tarixli, 020G**********03 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli, 020G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyətinə borcu 24 noyabr 2023-cü il tarixə əsas borc qismində 4.324 manat 80 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 90 qəpik, cəmi 4.335 manat 70 qəpik məbləğində təşkil edir. Mülki iş materialların əlavə edilmiş Accessbank» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyətinə borcu 24 noyabr 2023-cü il tarixə əsas borc qismində 298 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 manat 56 qəpik, cərimə qismində 34 qəpik, cəmi 300 manat 09 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinə 24 noyabr 2023-cü il tarixə 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 4.324 manat 80 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 90 qəpik və 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 298 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 manat 56 qəpik, cərimə qismində 34 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (güzəştli kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, güzəştli kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün güzəştli kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun güzəştli kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu güzəştli kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində güzəştli kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin güzəştli kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinə 24 noyabr 2023-cü il tarixə 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 4.324 manat 80 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 manat 90 qəpik və 18 dekabr 2019cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə əsas borc qismində 298 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 manat 56 qəpik, cərimə qismində 34 qəpik məbləğində pul vəsaiti müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 36 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə 24 noyabr 2023-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 4.324 (dörd min üç yüz iyirmi dörd) manat 80 (səksən) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 10 (on) manat 90 (doxsan) qəpik və 18 dekabr 2019-cu il tarixli, 020A********** saylı kredit müqaviləsi üzrə 24 noyabr 2023-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 298 (iki yüz doxsan səkkiz) manat 19 (on doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 01 (bir) manat 56 (əlli altı) qəpik, cərimə qismində 34 (otuz dörd) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat 36 (otuz altı) qəpik, cəmi 4.702 (dörd min yeddi yüz iki) manat 15 (on beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-479/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-479/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver