Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-480/2024 13.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit razılaşması üzrə 4838 (dödr min səkkiz yüz otuz səkkiz) manat 82 (səksən iki) qəpik əsas borc, 589 (beş yüz səksən doqquz) manat 15 (on beş) qəpik faiz borcu, 202 (iki yüz iki) manat 46 (qırx altı) qəpik cərimə olmaqla, cəmi 5630 (beş min altı yüz otuz) manat 43 (qırx üç) qəpik, xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 471 (dörd yüz yetmiş bir) manat 91 (doxsan bir) qəpik əsas borc, 70 (yetmiş) manat 69 (altmış doqquz) qəpik faiz borcu olmaqla, cəmi 641 (altı yüz qırx bir) manat 74 (yetmiş dörd) qəpik, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 6272 (altı min iki yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 73 (yetmiş üç) qəpik pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001A********** saylı kredit müqaviləsi əsasında cavabdeh aylıq faiz dərəcəsi 1.625% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit və xx.xx.2022-ci il tarixdə bağlanılmış 001KK**********01 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.00 (beş yüz) manat məbləğində kreditlər götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borclarını və faiz borclarından ibarət vəsaiti qaytarmamışdır. O, 001A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan 1161.18 manat ödəniş etmiş və onun iddiaçıya 4838.82 manat məbləğində kredit borcu qalmışdır. 001KK**********01 saylı kredit müqaviləsi üzrə kredit borcundan 28.09 manat ödəniş etmiş, onun iddiaçıya 471.91 manat məbləğində kredit borcu qalmışdır.Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 001A********** saylı kredit müqaviləsi üzrə 220 gün üçün hesablanmış cərimə 202.46 manat, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 268 gün üçün isə 99.14 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında olan xx.xx.202022-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.625% olmaqla, 6000 manat və xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 500 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə AccessBank” QSC olmaqla xx.xx.202022-ci il tarixli 001A********** saylı və xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kredit müqavilələri bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq borclu Cavabdeh İddiaçı QSC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.202022-ci il tarixli 001A********** saylı və xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.202022-ci il tarixli 001A********** saylı kredit razılaşması üzrə 4838 (dödr min səkkiz yüz otuz səkkiz) manat 82 (səksən iki) qəpik əsas borc, 589 (beş yüz səksən doqquz) manat 15 (on beş) qəpik faiz borcu, 202 (iki yüz iki) manat 46 (qırx altı) qəpik cərimə olmaqla, cəmi 5630 (beş min altı yüz otuz) manat 43 (qırx üç) qəpik, xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 471 (dörd yüz yetmiş bir) manat 91 (doxsan bir) qəpik əsas borc, 70 (yetmiş) manat 69 (altmış doqquz) qəpik faiz borcu olmaqla, cəmi 641 (altı yüz qırx bir) manat 74 (yetmiş dörd) qəpik, ümumilikdə cəmi 6272 (altı min iki yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 73 (yetmiş üç) qəpik pul vəsaiti cavabdehdən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.202022-ci il tarixli 001A********** saylı kredit razılaşması üzrə 4838 (dödr min səkkiz yüz otuz səkkiz) manat 82 (səksən iki) qəpik əsas borc, 589 (beş yüz səksən doqquz) manat 15 (on beş) qəpik faiz borcu, 202 (iki yüz iki) manat 46 (qırx altı) qəpik cərimə olmaqla, cəmi 5630 (beş min altı yüz otuz) manat 43 (qırx üç) qəpik, xx.xx.2022-ci il tarixli 001KK**********01 saylı kart kredit müqaviləsi üzrə 471 (dörd yüz yetmiş bir) manat 91 (doxsan bir) qəpik əsas borc, 70 (yetmiş) manat 69 (altmış doqquz) qəpik faiz borcu olmaqla, cəmi 641 (altı yüz qırx bir) manat 74 (yetmiş dörd) qəpik, ümumilikdə cəmi 6272 (altı min iki yüz yetmiş iki) manat 17 (on yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat 73 (yetmiş üç) qəpik pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-480/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-480/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver