Məhkəmə qərarları › İş №e-2(022)-50/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-50/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-50/2024 09.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ X3 Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi vəkil X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15300 (on beş min üç yüz) manat borcun və 305 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, iddaçı İddiaçı ona qarşı 15300 manat məbləğində iddia tələbi irəli sürərək həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 305 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Həmin iddia tələbi iddiaçı ilə onun arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə irəli sürülmüşdür. Həmin müqavilədən görünür ki, tərəflər həmin borcun xx.xx.2020-ci il tarixə qədər geri qaytarılmasını razılaşdırmışlar.İddia ərizəsinə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı ilə onun arasında iddiaçıya məxsus obyektdə elektrik işlərinin görülməsi ilə bağlı razılaşma olmuşdur. Həmin iş çərçivəsində aralarında münasibət yaranmış və o, iddiaçıya məxsus obyektdə işləmişdir. Həmin vaxt yəni xx.xx.2020-ci il tarixdə o, iddiaçı ilə həmin borc müqaviləsini imzalamış və həmin müqavilədə borcun qaytarılması üçün 5 aylıq müddət razılaşdırılmışdır.O, vergi ödəyicisi kimi qeydiyyatdadır.İddiaçı da sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı Rusiya federasiyasında yaşayır və ildə bir dəfə sahibkarlıq fəaliyyətini nizama salmaq üçün Azərbaycana gəlirdi. O, iddiaçıya məxsus olan üçmərtəbəli iaşə obyektində elektrik xətlərinin çəkilişi, elektrik avadanlıqlarının quraşdırılması, o cümlədən müşahidə kameralarının, yanğından mühafizə sistemlərinin, internet-telefon qurğularının quraşdırılmasını həyata keçirirdi. Aralarında olan razılaşmaya əsasən binanın qeyd edilən işlərinin görülməsi üçün iddiaçı ona 55000 (əlli beş min) manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğə göstərilən xidmətin haqqı ilə bərabər quraşdırılacaq avadanlıqların məbləğləri də daxil idi. Razılaşma üzrə iddiaçı ona həmin məbləği verməli, o isə həmin obyektə işlənəcək mal-materialları özü almalı idi. Aralarında olan razılaşma şifahi razılaşma idi. Belə ki, iddiaçı ona demişdir ki, müqaviləni rəsmi qeydiyyata salsa onun vergi ödənişi çoxalacaq. Beləliklə o həmin məbləğin 15300 (on beş min üç yüz) manatını qabaqcadan ona verdi ki, o, həmin məbləğdə mal-material və avadanlıqları alıb gətirsin. Amma iddiaçı həmin pul vəsaitini ona borc şəkilində verəcəyini bildirdi və dedi ki, "mən pulu ona görə borc verirəm ki, sən pulu götürüb aradan çıxmayasan". O,da onun dedikləri ilə razılaşdı. Çünki iddiaçının onun barəsində belə bir addım atacağını təsəvvür belə etməzdi. İşin görülməsi zamanı pandemiya başladı və ondan asılı olmayan səbəblərdən işin icrası gecikdi. Üçüncü mərtəbənin işlnməsi zamanı iddiaçının atası və Qabil adlı dostu bildirdilər ki, biz üçüncü mərtəbədə iş görsək bunun görülən işə ziyanı olacaq, belə ki onlar üçüncü mərtəbənin döşəməsində beton işini tamamlamamışdılar. Bu səbəbdən işin təhvil verilməsində gecikmə oldu. Daha sonra ikinci mərtəbə tamamlandı və onlar zirzəmidə də iş görə bilməmişlər, belə ki, orada divarlarda malyar işləri tamamlanmamışdı.Fasilədən bir müddət sonra yenidən işilərinə qayıtmışlar. Onlar işi yekunlaşdırdıqda iddiaçı borcunun qalanını da ödədi və həmin vaxt ona pulu verməmişdən öncə verdiyi pulların ümumi məbləğində (əvvəlki 15300 manat da daxil olmaqla) əlyazma borc qəbzi yazdırdı. Bunun səbəbini isə belə izah etdi ki, gördüyü iş keyfiyyətsiz olsa əlində sənəd olacaq. O, işinin keyfiyyətinə şübhə etmədiyi üçün həmin qəbzi də imzaladı. Əslində həmin məbləğ də ona borc kimi verilməmişdir. Keçən məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin qəbzi də məhkəməyə sübut kimi təqdim etdi və etiraf etdi ki, əslində həmin sənəd borc müqaviləsi deyil, sadəcə münasibətləri pərdələmək məqsədilə yazılmışdı.İddiaçı ona qarşı belə bir iddianı ona görə qaldırıb ki, ona məxsus obyektə görülmüş işin görülmə vaxtından, sürətindən narazı idi. Belə ki, işin görülməsi pandemiya dövrünə təsadüf edirdi və həmin dövrün tələbləri işi tam sürətələ aparmağa imkan vermirdi.Həmçinin işin gecikməsinin daha bir səbəbi o idi ki, iddiaçı obyektin malyarsuvaq və sair işlərini tamamlamamışdı. Bu işlər görülmədən onların işi aparıla bilməzdi. Məhz bu səbəbdən də iddiaçı Gədəbəy RPŞ-ya da şikayət etmişdi. O bu şikayətlər vasitəsilə onu sıxaraq, ona təsir göstərməyə çalışırdı.İddia ərizəsindən görünür ki, İddiaçı ona qarşı bir dəfə 2022-ci ilin noyabr ayında da iddia qaldırmışdır. Bu barədə onun nümayəndəsi və vəkili iddia ərizəsində göstərmişdir. Həmin ərizədə həmçinin göstərilmişdir ki, guya o, pulu qaytaracağını söz verib ərizəsini geri götürməsini xahiş etmiş və iddiaçı ərizəsini geri götürmüşdür, əslində o, nə iddiaçıdan ərizəsini geri götürməsini xahiş etməmiş, nə də hər hansı vəd verməmişdir. Belə ki, o, həmin borc müqaviləsində göstərilmiş məbləğdə avadanlığı və mal-materialı iddiaçıya məxsus obyektə quraşdırmışdır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Yəni tərəflərin arasında olan münasibətlər üzrə tərəflər bir birinə qarşı 3 il müddətində iddia tələbi ilə çıxış edə bilərlər.Hazırda həmin vaxtdan 3 ildən çox bir müddət keçmişdir. Belə ki, xx.xx.2020-ci il tarixindən bu iş üzrə iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Elektron məhkəmə sistemi vasitəsilə verilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, bu tələb üzrə iddia müddəti keçmişdir. Sonda Cavabdeh İddiaçı ona qarşı pul tələbi üzrə iddia tələbinin xx.xx.2020-ci il tarixli 15300 (on beş min üç yüz) manat məbləğinə borc müqaviləsi üzrə iddia müddətinin tətbiq edilməsinə və iddianın rədd edilməsinə dair qərar qəbul edilmədini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X2 da eyni məzmunda ifadə verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Biləsuvar rayon məhkəməsinin elektron sistemdən əldə olunmuş elektron sorğulama məlumatından görünür ki, İddiaçı fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Biləsuvar rayon məhkəməsinin elektron sistemdən əldə olunmuş elektron sorğulama məlumatından görünür ki, Cavabdeh fiziki şəxs kimi ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Habelə, iddia ərizəsinin məzmunundan görünür ki, mübahisənin predmetini sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər (kommersiya münasibətləri) təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1 və 26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə diqqətə çatdırır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə özlüyündə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks təqdirdə, məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, məhkəmə iş materialları nəzərdən keçirərək hesab edir ki, qanunda bu kateqoriya işlərə baxılmasının başqa forması nəzərdə tutulmamışdır və buna görə də İddiaçı Cavabdeh qarşı 15300 (on beş min üç yüz) manat borcun və 305 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267-268-ci maddəsini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı 15300 (on beş min üç yüz) manat borcun və 305 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar