Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-500/2025 15.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 9.371 manat 37 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik, cəmi 9.636 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 9.371 manat 37 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik, cəmi 9.636 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16 faiz dərəcəsi ilə, 83 ay müddətinə 9.925 manat 44 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faiz borcunu ödəmək barədə öhdəlik götürsə də, həmin öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04 fevral 2025-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 9.371 manat 37 qəpik əsas və 264 manat 89 qəpik faiz, cəmi 9.636 manat 26 qəpik məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh tərəfindən borcun qaytarılması təmin olunmamışdır. Sonda, iddiaçının nümayəndəsi işə onun iştirakı olamdan baxılmasını və 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 9.371 manat 37 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik, cəmi 9.636 manat 26 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 36 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, onunla İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən o, iddiaçıdan 9.925 manat 44 qəpik məbləğində kredit vəsaiti almış və həmin vəsait hesabına iddiaçı bank qarşısında olan digər kredit öhdəliklərini bağlamışdır. Lakin sonradan o, işdən çıxdığına görə iddiaçı qarşısında olan hazırki kredit öhdəliklərini yerinə yetirə bilməmişdir. Həmçinin iddiaçı bank hazırda onun “Vətən müharibəsi” iştirakçısı olduğuna görə aldığı 80 manat pensiyayaya tutma yönətdmişdir. O, hazırda iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh gündəlik tələbat məqsədilə, kredit əldə edilən zaman birdəfəlik 98 manat 27 qəpik məbləğində xidmət haqqı ödəmək, kreditdən istifadəyə görə illik 16% borc faizləri ödəməsi şərtilə, 83 ay müddətinə 9.925 manat 44 qəpik məbləğində kredit vermişdir. Mülki iş materiallarında olan 12 yanvar 2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 9.925 manat 44 qəpik məbləğində kredit vəsaiti Cavabdeh məxsus 410100G**********204 nömrəli debet hesabına köçürmə yolu ilə həmin şəxsə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətlərindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə borcu əsas borc qismində 9.371 manat 37 qəpik, 15 yanvar 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 344 manat 89 qəpik, cəmi 9.716 manat 26 qəpik təşkil edir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu 04 fevral 2025-ci il tarixə ödənilməmiş əsas borc qismində 9.371 manat 37 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik, cəmi 9.636 manat 26 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 9.371 manat 37 qəpik, məhkəmədə iddia qaldırdığı vaxta hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik, cəmi 9.636 manat 26 qəpik məbləğində borcu yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İşdə olan sübutlarla isə təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi üzrə məhkəmədə qaldırılmış üzrə iddia üzrə tələb edilən faiz borcunun məbləği, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verdiliyi tarixdəki məbləğdən azdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 9.371 manat 37 qəpik, məhkəmədə iddia qaldırdığı vaxta hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 manat 89 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 manat 36 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 12 yanvar 2024-cü il tarixli, RGTK5795100B204 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 9.371 (doqquz min üç yüz yetmiş bir) manat 37 (otuz yeddi) qəpik, məhkəmədə iddia qaldırıldığı tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 264 (iki yüz altmış dörd) manat 89 (səksən doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 116 (bir yüz on altı) manat 36 (otuz altı) qəpik, cəmi 9.752 (doqquz min yeddi yüz əlli iki) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-500/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-500/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver