Məhkəmə qərarları › İş №e-2(022)-515/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-515/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-515/2024 06.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə iddiaçı BOKT «X3» MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT «X3» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT “X3” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0049743-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8255 (səkkiz min iki yüz əlli beş) manat 34 (otuz dörd) qəpik əsas borc, 3244 (üç min iki yüz qırx dörd) manat 35 (otuz beş) qəpik faiz borcu və 632 (altı yüz otuz iki) manat 91 (doxsan bir) qəpik müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 12132 (on iki min bir yüz otuz iki) manat 60 (altmış) qəpik məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (bundan sonra BOKT) “X3” MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X3” MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “ev təmiri” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 9700 (doqquz min yedd yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1.444,66 (bir min dörd yüz qırx dörd manat 66 qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 895,34 (səkkiz yüz doxsan beş manat 34 qəpik) manat olmaqla cəmi 2.340,00 (iki min üç yüz qırx manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh təşkilata 8.255,34 (səkkiz min iki yüz əlli beş manat 34 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu və 3.244,35 (üç min iki yüz qırx dörd manat 35 qəpik) manat məbləğində faiz borcu vardır. Bundan əlavə, “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 632,91 (altı yüz otuz iki manat 91 qəpik) manat təşkil edir. İddiaçı BOKT «X3» MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Cavabdeh məhkəmə iclaslnda iddia tələbini qəbul etdiyini, iddiaçıya olan borcunu birdəfəlik ödəyə bilməyəcəyini, yalnız hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsindən görünür ki, BOKT «X3» MMC tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 36% borc faizləri ödəməsi şərtilə 16 ay müddətinə 9700 manat məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsinə əsasən kreditor BOKT «X3» MMC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş oğlu xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdirlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049743-F saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 8255 (səkkiz min iki yüz əlli beş) manat 34 (otuz dörd) qəpik əsas borc, 3244 (üç min iki yüz qırx dörd) manat 35 (otuz beş) qəpik faiz borcu və 632 (altı yüz otuz iki) manat 91 (doxsan bir) qəpik müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 12132 (on iki min bir yüz otuz iki) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8255 (səkkiz min iki yüz əlli beş) manat 34 (otuz dörd) qəpik əsas borc, 3244 (üç min iki yüz qırx dörd) manat 35 (otuz beş) qəpik faiz borcu və 632 (altı yüz otuz iki) manat 91 (doxsan bir) qəpik dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 12132 (on iki min bir yüz otuz iki) manat 60 (altmış) qəpik kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat pul vəsaiti iddiaçı BOKT «X3» MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar