Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-541/2023 25.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 Cavabdeh1 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas borc qismində 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 35 (otuz beş) manat 30 (otuz) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1938 (min doqquz yüz otuz səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində kredit borcunun və tərəflərindən ödənillmiş 39 (otuz doqquz) manat 39 (otuz doqquz) qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı güzəştli kredit müqaviləsi üzrə 1% dərəcəsi, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 2162.72 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Turan Bank ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı zaminlik müqaviləsi imzalanmışdır. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. X1 İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas borc qismində 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1941 (min doqquz yüz qırx bir) manat 56 (əlli altı) qəpik məbləğində kredit borcunun və tərəflərindən ödənillmiş 39 (otuz doqquz) manat 42 (qırx iki) qəpik məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini, lakin, maddi cəhətdən imkanının olmamaısnı, borcunu hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.107.2019-cu il tarixli GK-MK № 1791/19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2162.72 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə adıçəkilən müqavilə üzrə əsas borc 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1941 (min doqquz yüz qırx bir) manat 56 (əlli altı) qəpik məbləğində borcu vardır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 "xxxx" ASC ilə bağladığı güzəştli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı güzəştli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya əsas borc qismində 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1941 (min doqquz yüz qırx bir) manat 56 (əlli altı) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, iş materiallarında olan xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cəlilabad filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsi ləğv edilməli, əsas borc qismində 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1941 (min doqquz yüz qırx bir) manat 56 (əlli altı) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, güzəştli kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 42 (qırx iki) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli GK-MK № 1791/19 saylı güzəştli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismində 1896 (min səkkiz yüz doxsan altı) manat 82 (səksən iki) qəpik, faiz borcu qismində 38 (otuz səkkiz) manat 54 (əlli dörd) qəpik, cərimə borcu qismində 6 (altı) manat 20 (iyirmi) qəpik olmaqla, ümumilikdə cəmi 1941 (min doqquz yüz qırx bir) manat 56 (əlli altı) qəpik məbləğində kredit borcu və ödənillmiş dövlət rüsumunun əvəzi qismində 39 (otuz doqquz) manat 42 (qırx iki) qəpik məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(022)-541/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-541/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver