Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-543/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Cavabdehn iştirakı ilə, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı əsas borcun əvəzi qismində 6.596 manat 24 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı əsas borcun əvəzi qismində 6.596 manat 24 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2022-ci il tarixli, 6830nkNFTb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.900 manat məbləğində kredit verilmiş və həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 6.596 manat 24 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, o, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə 07 aprel 2022-ci il tarixdə, 6830nkNFTb/22 saylı kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.900 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə bağlandığı zaman o, Bakı Neft Emalı zavodunda çalışmış və maddi vəziyyəti qənaətbəxş olduğuna görə krediti ödəyə biləcəyini düşünmüşdür. Lakin kredit müqaviləsinin bağlandığı tarixdən iki ay sonra o, işdən çıxarılmış, buna görə də müqavilə üzrə öhdəliklərini icra edə bilməmişdir. O, hal-hazırda işsizdir. Buna baxmayaraq, hazırda o, təsərrüfat fəaliyyəti ilə məşğul olmağa başlamış və maddi vəziyyəti yaxşılaşan kimi iddiaçıya olan borcunu ödəyəcəkdir. Hazırda o, iddiaçıya olan borcunu ödəməkdən imtina etmir və maddi imkanı olduqda həmin borcunu ödəyəcəkdir. Sonda, Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı etiraf edərək, iddianın təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 aprel 2022-ci il tarixli, 6830nkNFTb/22 saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 6.900 manat məbləğində kredit verilmişdir. İşdə olan «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin 15 mart 2023cü il tarixli, UB-Bank/PİKMD/1090385 saylı arayışından görünür ki, cavabdehin «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə 07 aprel 2022-ci il tarixli, 6830nkNFTb/22 saylı kredit müqaviləsi üzrə 15 mart 2023-cü il tarixə əsas borc kimi 6.596 manat 24 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdehnın «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyəti ilə bağladığı 6830nkNFTb/22 nömrəli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 6.596 manat 24 qəpik, 15 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 07 aprel 2022-ci il tarixli, 6830nkNFTb/22 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 6.596 manat 24 qəpik, 15 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 867 manat 91 qəpik, cərimə faizləri qismində 112 manat 77 qəpik, cəmi 7.576 manat 92 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 manat 17 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Unibank» Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 7 aprel 2022-ci il tarixli, 6830nkNFTb/22 saylı kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 6.596 (altı min beş yüz doxsan altı) manat 24 (iyirmi dörd) qəpik, 15 mart 2023cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 867 (səkkiz yüz altmış yeddi) manat 91 (doxsan bir) qəpik, cərimə faizləri qismində 112 (bir yüz on iki) manat 77 (yetmiş yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 (doxsan altı) manat 17 (on yeddi) qəpik, cəmi 7.673 (yeddi min altı yüz yetmiş üç) manat 09 (doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-543/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-543/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver