Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-556/2025 17.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin Cavabdeh qarşı 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.670 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.110 manat, cərimə qismində 252 manat 81 qəpik, cəmi 6.032 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi Cavabdeh qarşı 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.670 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat, cərimə qismində 252 manat 81 qəpik, cəmi 6.032 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə illik 27% faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay 274 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Sonda, iddiaçının nümayəndəsi 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.670 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat, cərimə qismində 252 manat 81 qəpik, cəmi 6.032 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat 33 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.N.Heydərov 09 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və işə mahiyyəti üzrə baxıb, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən Cavabdeh istehlak məqsədilə, illik 27 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktından görünür ki, İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin predmeti olan pul vəsaitini üzərində “Fincard” adı qeyd edilmiş, **********507299 nömrəli kredit kartında Cavabdeh təqdim etmişdir. İşdə olan İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən cavabdehə göndərilmiş müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə 05 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə iddiaçıya borcu əsas borc qismində 4.670 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 288 manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə borcu əsas borc qismində 4.670 manat 08 qəpik, müqavilə müddəti sonuna hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.110 manat, cərimə qismində 252 manat 81 qəpik, cəmi 6.032 manat 89 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə olan borcu “müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun” (pretenziyanın) göndərildiyi tarixə - 05 fevral 2025-ci il tarixə əsas borc qismində 4.670 manat, 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 288 manat, cərimə qismində 252 manat 81 qəpik, məhkəmədə iddia qaldırıldığı vaxta əsas borc qismində 4.670 manat, müqavilə müddətinin sonuna hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.110 manat, cərimə qismində 252 manat 81 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinin müddətinin sonuna, yəni 05 iyul 2026-cı il tarixə hesablanmış faiz borcu qismində 1.110 manat pul vəsaiti tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilə müddətinin sonuna deyil, müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq-pretenziya məktubunun verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi müddətinin sonuna hesabladığı və tələb etdiyi məbləğ, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verdiliyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 05 fevral 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 02 iyul 2024-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 4.670 manat, iddiaçı tərəfindən cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə - 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 288 manat, cərimə qismində 252 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 70 manat 33 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin iddiası qismən təmin edilsin. Cavabdeh «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin xeyrinə əsas borc qismində 4.670 (dörd min altı yüz yetmiş) manat, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 288 (iki yüz səksən səkkiz) manat, cərimə qismində 252 (iki yüz əlli iki) manat 81 (səksən bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 70 (yetmiş) manat 33 (otuz üç) qəpik, cəmi 5.281 (beş min iki yüz səksən bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-556/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-556/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver