Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-566/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 3864 (üç min səkkiz yüz altmış dörd) manat 35 (otuz beş) qəpik əsas, 11 (on bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 53 (əlli üç) qəpik cərimə borcu olmaqla, cəmi 3881 (üç min səkkiz yüz səksən bir) manat 95 (doxsan beş) qəpik bircun və tərəflərindən ödənlmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat 82 (səksən iki) qəpik məbləğdə pul vəsaitinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Zamin Baxışov məhkəmədə iddia tələbini müdafiə edərək və iddia tələbinə dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK- İK № 1862/19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1% güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 5594.33 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli GK-MK № 1862/19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, müqavilə şərtlərinə riayət etməmiş və müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Hal-hazırda Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi üzrə 3630 (üç min altı yüz otuz) manat 99 (doxsan doqquz) qəpik əsas, 2 (iki) manat 91 (doxsan bir) qəpik faiz, 6 (altı) manat 53 (əlli üç) qəpik cərimə borcu olmaqla, cəmi 3640 (üç min altı yüz qırx) manat 43 (qırx üç) qəpik borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi X3 iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, lakin, maddi vəziyyəti ilə əlaqədar iddiaçıya olan borcunu ödəyə bilmədiyini, ancaq həmin borcu hissəhissə ödəməyə razı olduğunu bildirdi. Cavabdeh2 da iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya olan borcunu ödəyə bilmədiyini, ancaq həmin borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 kreditdən istifadəyə görə illik 1% faiz olub 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 5594.33 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətindən 5594.33 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İşdə olan sübutlarla Cavabdeh1 TuranBank” açıq səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna 3630 (üç min altı yüz otuz) manat 99 (doxsan doqquz) qəpik əsas, 2 (iki) manat 91 (doxsan bir) qəpik faiz, 6 (altı) manat 53 (əlli üç) qəpik cərimə borcu olmaqla, cəmi 3640 (üç min altı yüz qırx) manat 43 (qırx üç) qəpik məbləğdə borcunun yaranması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh1, İddiaçı ASC olmaqla xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 müqaviləyə əsasən kredit borcunun, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli GK-MK № 1862/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi üzrə 3630 (üç min altı yüz otuz) manat 99 (doxsan doqquz) qəpik əsas, 2 (iki) manat 91 (doxsan bir) qəpik faiz, 6 (altı) manat 53 (əlli üç) qəpik cərimə borcu olmaqla, cəmi 3640 (üç min altı yüz qırx) manat 43 (qırx üç) qəpik məbləğdə pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 58 (əlli səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli GK-İK № 1862/19 saylı kredit müqaviləsi üzrə 3630 (üç min altı yüz otuz) manat 99 (doxsan doqquz) qəpik əsas, 2 (iki) manat 91 (doxsan bir) qəpik faiz, 6 (altı) manat 53 (əlli üç) qəpik cərimə borcu olmaqla, cəmi 3640 (üç min altı yüz qırx) manat 43 (qırx üç) qəpik məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(022)-566/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-566/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver