Məhkəmə qərarları › İş №e-2(022)-566/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-566/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-566/2024 06.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 4.478 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 71 qəpik, cərimə qismində 1 manat 02 qəpik, cəmi 4.551 manat 11 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 52 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 06 aprel 2024-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 4.478 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 71 qəpik, cərimə qismində 1 manat 02 qəpik, cəmi 4.551 manat 11 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 52 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 06 aprel 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh 50.000 manat məbləğində 120 ay müddətinə, 03 aprel 2033-cü il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh kredit verməyi öhdəsinə götürür. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcalana - Cavabdeh sonuncunun banka təqdim etdiyi ÖMTA-da (Öz müştəri tanı anketi) qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir və borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 GSM nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh AZ43BRES******************** nömrəli cari hesabına köçürülmə yolu ilə verilir. Mülki işdə olan https://www.bankrespublika.az/ru saytından və 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşmasına Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 03 aprel 2023-cü il tarixdə, saat 1:29:33-də Cavabdeh istifadəsində olan +**********8 GSM nömrəsinə “Hörmətli Cavabdeh, İddiaçı açıq səhmdar cəmiyyəti Sizə 36 ay müddəətinə, illik 16,5 faiz dərəcəsi, 51 AZN komissiya ilə 5.100 AZN kredit təklif edir. Aylıq ödəniş 181 manat 01 qəpik olmaqla, hər ayın 01-dək ödənilməlidir. Kreditə razılıq vermək üçün 1, kreditdən imtina üçün 2 yazıb, 9144 qısa nömrəsinə və ya +**********44 nömrəsinə göndərin...” məzmununda SMS göndərilmiş və Cavabdeh 03 aprel 2023-cü il tarixdə, saat 17:30:42-də “1” yazaraq, İddiaçı açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmişdir. İşdə olan Cavabdeh adına açılmış AZ43BRES******************** nömrəli cari hesabdan çıxarışın surətindən görünür ki, 03 aprel 2023-cü il tarixdə 5.100 manat məbləğində kredit vəsaiti Cavabdeh adına açılmış AZ43BRES******************** nömrəli cari hesaba köçürülmə yolu ilə cavabdehə təqdim edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşmasınə əsasən Cavabdeh iddiaçı banka borcu 15 fevral 2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 4.478 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 71 qəpik, cərimə qismində 1 manat 02 qəpik, cəmi 4.551 manat 11 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 4.478 manat 38 qəpik, 15 fevral 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 71 qəpik, cərimə qismində 1 manat 02 qəpik, cəmi 4.551 manat 11 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh müvafiq olaraq 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 4.478 manat 38 qəpik, 15 fevral 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 71 qəpik, cərimə qismində 1 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat 52 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 03 aprel 2023-ci il tarixli, 33030***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.478 (dörd min dörd yüz yetmiş səkkiz) manat 38 (otuz səkkiz) qəpik, 15 fevral 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 71 (yetmiş bir) manat 71 (yetmiş bir) qəpik, cərimə qismində 01 (bir) manat 02 (iki) qəpik habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 (altmış beş) manat 52 (əlli iki) qəpik, cəmi 4.616 (dörd min altı yüz on altı) manat 63 (altmış üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar