Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-573/2023 25.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə, Cavabdeh “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə 14774 (on dörd min yeddi yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik əsas, 44 (qırx dörd) manat 34 (otuz dörd) qəpik faiz, cəmi 14819 (on dörd min səkkiz yüz on doqquz) manat 24 (iyirmi dörd) qəpik borcun, həmçinin ərizəyə görə ödənilmiş 134 (yüz otuz dörd) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğdə kredit verilmiş və bununla bağlı “X2” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə olan 14774 (on dörd min yeddi yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik əsas, 44 (qırx dörd) manat 34 (otuz dörd) qəpik faiz, cəmi 14819 (on dörd min səkkiz yüz on doqquz) manat 24 (iyirmi dörd) qəpik təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürüdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə “X2” açıq səhmdar cəmiyyəti iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, “X2” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməklə, Cavabdeh “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə 13771 (on üç min yeddi yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik əsas, 85 (səksən beş) manat 16 (on altı) qəpik faiz, cəmi 13856 (on üç min səkkiz yüz əlli altı) manat 49 (qırx doqquz) qəpik borcun, həmçinin ərizəyə görə ödənilmiş 134 (yüz otuz dörd) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən “X2” açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 16% borc faizi ödəməsi şərtilə, 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan “X2” açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X2” açıq səhmdar cəmiyyətinə xx.xx.2023-cü il tarixə borcu 13771 (on üç min yeddi yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik əsas, 85 (səksən beş) manat 16 (on altı) qəpik faiz, cəmi 13856 (on üç min səkkiz yüz əlli altı) manat 49 (qırx doqquz) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “X2” açıq səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya 13771 (on üç min yeddi yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik əsas, 85 (səksən beş) manat 16 (on altı) qəpik faiz, cəmi 13856 (on üç min səkkiz yüz əlli altı) manat 49 (qırx doqquz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 134 (yüz otuz dörd) manat 86 (səksən altı) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı “X2” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13771 (on üç min yeddi yüz yetmiş bir) manat 33 (otuz üç) qəpik əsas, 85 (səksən beş) manat 16 (on altı) qəpik faiz, cəmi 13856 (on üç min səkkiz yüz əlli altı) manat 49 (qırx doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 134 (yüz otuz dörd) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-573/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-573/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver