Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-574/2023 01.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK №1836/19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK №1836/19 saylı kredit müqaviləsi üzrə X1 banka olan 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləğdə pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Cəlilabad” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə cavabdehə 2673.01 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Turanbank QSC və Cavabdeh2 arasında xx.xx.2019-cü il tarixli GK-MK-1836/19 saylı zaminlik müaaviləsi bağlanmışdır.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik borcu yaranmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli GK-MK №1836/19 saylı kredit müqaviləsi üzrə 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləğdə pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsindən görünür ki,İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 % güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə cavabdehə 2673.01 manat məbləğində kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli GK-MK №1836/19 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, iş materiallarında olan xx.xx.2019-cu zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli GK-MK №1836/19 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2019-cu il tarixli, GK-MK №1836/19 saylı kredit müqavilə üzrə ödənilməmiş 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2396 (iki min üç yüz doxsan altı) manat 37 (otuz yeddi) qəpik əsas borc, 51 (əlli bir) manat 07 (sıfır yeddi) qəpik faiz, 6 (altı) manat 05 (sıfır beş) qəpik cərimə borcu olmaqla, cəmi 2453 (iki min dörd yüz əlli üç) manat 49 (qırx doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləğdə pul İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(022)-574/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-574/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver