Məhkəmə qərarları › İş №e-2(022)-578/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-578/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-578/2024 13.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 44 (qırx dörd) qəpik faiz, cəmi 2608 (iki min altı yüz səkkiz) manat 37 (otuz yeddi) qəpik pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 08 (sıfır sıkkiz) qəpik pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2242.93 AZN əsas, 365.44 AZN faizc, cəmi 2608.37 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla 2500 manat kredit verilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqaviləsinə əsasən 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 44 (qırx dörd) qəpik faiz, cəmi 2608 (iki min altı yüz səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqaviləsinə əsasən cavabdehin 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 44 (qırx dörd) qəpik faiz, cəmi borcu 2608 (iki min altı yüz səkkiz) manat 37 (otuz yeddi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqavilələrinin tələbinə görə kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətindən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BUMM3204376B299 saylı kredit müqaviləsinə əsasən 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 44 (qırx dörd) qəpik faiz, cəmi 2608 (iki min altı yüz səkkiz) manat 37 (otuz yeddi) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 46 (qırx altı) manat 08 (sıfır sıkkiz) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2242 (iki min iki yüz qırx iki) manat 93 (doxsan üç) qəpik əsas, 365 (üç yüz altmış beş) manat 44 (qırx dörd) qəpik faiz, cəmi 2608 (iki min altı yüz səkkiz) manat 37 (otuz yeddi) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat 08 (sıkkiz) qəpik pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar