Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-580/2023 01.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 10124 (on min yüz iyirmi dörd) manat 82 (səksən iki) qəpik əsas borc, 1037 (min otuz yeddi) manat 63 (altmış üç) qəpik faiz borcu, 472 (dörd yüz yetmiş iki) manat 30 (otuz) qəpik cərimə borcu, ümumilikdə isə 11634 (on bir min altı yüz otuz dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət edərək ona istehlak məqsədilə illik 22.5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 10900 manat məbləğində kredit verilməsini xahiş etmiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir.Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə banka 10124 (on min yüz iyirmi dörd) manat 82 (səksən iki) qəpik əsas borc, 1037 (min otuz yeddi) manat 63 (altmış üç) qəpik faiz borcu, 472 (dörd yüz yetmiş iki) manat 30 (otuz) qəpik cərimə borcu, ümumilikdə isə 11634 (on bir min altı yüz otuz dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadam baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasıda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair”kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” kreditdən istifadəyə görə 22.5% illik borc faizləri ödəməsi şərtilə 10900 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” kredit müqaviləsi üzrə 10124 (on min yüz iyirmi dörd) manat 82 (səksən iki) qəpik əsas borc, 1037 (min otuz yeddi) manat 63 (altmış üç) qəpik faiz borcu, 472 (dörd yüz yetmiş iki) manat 30 (otuz) qəpik cərimə borcu, ümumilikdə isə 11634 (on bir min altı yüz otuz dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə İddiaçı ASC olmaqla kredit müqavilələri bağlanmaqla kreditlər verilmiş və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 340157-1-31920 saylı “yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair” kredit müqaviləsi üzrə 10124 (on min yüz iyirmi dörd) manat 82 (səksən iki) qəpik əsas borc, 1037 (min otuz yeddi) manat 63 (altmış üç) qəpik faiz borcu, 472 (dörd yüz yetmiş iki) manat 30 (otuz) qəpik cərimə borcu, ümumilikdə isə 11634 (on bir min altı yüz otuz dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilidiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin iddiası təmin edilsin. Cavabdeh 10124 (on min yüz iyirmi dörd) manat 82 (səksən iki) qəpik əsas borc, 1037 (min otuz yeddi) manat 63 (altmış üç) qəpik faiz borcu, 472 (dörd yüz yetmiş iki) manat 30 (otuz) qəpik cərimə borcu, ümumilikdə isə 11634 (on bir min altı yüz otuz dörd) manat 75 (yetmiş beş) qəpik məbləğində pul və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-580/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-580/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver