Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-581/2023 01.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1-24044 saylı “kredit təşkilatında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 22 (iyirmi iki) qəpik pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1-24044 saylı “kredit təşkilatında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh kredit təşkilatında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi məqsədilə illik 21,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3920 manat məbləğdə kredit verilərək kart hesabına köçürülmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 5.1.8ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5 faiz endirilir.Lakin borclu Cavabdeh üzərinə götürdüyü öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. Odur ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1- 24044 saylı kredit mqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 22 (iyirmi iki) qəpik pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etİrazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1-24044 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 21.90 faiz dərəcəsi tətbiq edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 07 iyul 2021-ci il tarixli 258193-1-24044 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1- 24044 saylı kredit müqaviləsinə əsasən 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğ təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 07 iyul 2021-ci il tarixli 258193-1-24044 saylı kredit müqaviləsinə əsasən 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 07 iyul 2021-ci il tarixli 258193-1- 24044 saylı kredit müqaviləsinə əsasən 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 54 (əlli dörd) manat 22 (iyirmi iki) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 07 iyul 2021-ci il tarixli 258193-1-24044 saylı kredit müqaviləsinə əsasən 3112 (üç min yüz on iki) manat 09 (sıfır doqquz) qəpik əsas borc, 173 (yüz yetmiş üç) manat 96 (doxsan altı) qəpik faiz, 135 (yüz otuz beş) manat 90 (doxsan) qəpik cərimə borcu, ümumilikdə 3421 (üç min dörd yez iyirmi bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 22 (iyirmi iki) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-581/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-581/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver