Məhkəmə qərarları › İş №e-2(022)-582/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-582/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-582/2023 01.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı “kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 91 (doxsan bir) qəpik pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı “kredit təşkilatında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən Cavabdeh kredit təşkilatında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi məqsədilə illik 25,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3450 manat məbləğdə kredit verilərək kart hesabına köçürülmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin 5.1.8ci bəndi icra olunduqda illik faiz dərəcəsi 5 faiz endirilir.Lakin borclu Cavabdeh üzərinə götürdüyü öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. Odur ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit mqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 91 (doxsan bir) qəpik pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25.90 faiz dərəcəsi tətbiq edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 17 dekabr 2021-ci il tarixli 258193-1- 30226 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit müqaviləsinə əsasən 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğ təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit müqaviləsinə əsasən 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit müqaviləsinə əsasən 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 54 (əlli dörd) manat 91 (doxsan bir) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 17 dekabr 2021-ci il tarixli 258193-1-30226 saylı kredit müqaviləsinə əsasən 3094 (üç min doxsan dörd) manat 53 (əlli üç) qəpik əsas borc, 262 (iki yüz altmış iki) manat 40 (qırx) qəpik faiz, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik cərimə borcu, ümumilikdə 3491 (üç min dörd yüz doxsan bir) manat 03 (sıfır üç) qəpik məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 54 (əlli dörd) manat 91 (doxsan bir) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar