Məhkəmə qərarları › İş №e-2(022)-587/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-587/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-587/2024 13.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2115 (iki min yüz on beş) manat 87 (səksən yeddi) qəpik əsas borc, 93 (doxsan üç) manat 34 (otuz dörd) qəpik faiz borcu, 15 (on beş) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla, cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun iddiaçı"xxxx" ASC-yə ödənilməsi tələbi barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış CL0011486-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh2 24 ay müddətinə, illik 32% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli, ZM1- CL0011486-2023 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 kreditor təşkilat qarşısında yaranmış öhdəliyini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, cavabdeh müqavilə üzrə razılaşdırılmış müqavilə şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə rəsmi müraciət olunmasına, məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürülən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində "xxxx" ASC-nin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış CL0011486-2023 saylı xx.xx.2023ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh2 24 ay müddətinə, illik 32% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İşdə olan 08 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış CL0011486-2023 saylı xx.xx.2023ci il tarixli müqaviləyə əsasən Cavabdeh2nın hazırda iddiaçıya əsas borc qismində əsas borc 2115 (iki min yüz on beş) manat 87 (səksən yeddi) qəpik, 93 (doxsan üç) manat 34 (otuz dörd) qəpik faiz, 15 (on beş) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla, cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik borcu mövcuddur. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 "xxxx" açıq səhmdar cəmiyyəti ilə bağladığı CL0011486-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə CL0011486-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş 2115 (iki min yüz on beş) manat 87 (səksən yeddi) qəpik əsas borc, 93 (doxsan üç) manat 34 (otuz dörd) qəpik faiz, 15 (on beş) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla, cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, borclu Cavabdeh2 qanunun yuxarıda göstərilən tələblərini kobud şəkildə pozaraq müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ZM1-CL0011486- 2023 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, ZM1- CL0011486-2023 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış CL0011486-2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 2115 (iki min yüz on beş) manat 87 (səksən yeddi) qəpik əsas borc, 93 (doxsan üç) manat 34 (otuz dörd) qəpik faiz, 15 (on beş) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla, cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 43 (qırx üç) manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2115 (iki min yüz on beş) manat 87 (səksən yeddi) qəpik əsas borc, 93 (doxsan üç) manat 34 (otuz dörd) qəpik faiz borcu, 15 (on beş) manat 26 (iyirmi altı) qəpik cərimə borcu olmaqla cəmi 2224 (iki min iki yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar