Məhkəmə qərarları › İş №e-2(022)-590/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-590/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-590/2023 25.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X3” açıq səhmdar cəmiyyətinin xeyrinə 9858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik əsas, 757 (yeddi yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 10616 (on min altı yüz on altı) manat 48 (qırx səkkiz) qəpik borcun, həmçinin ərizəyə görə ödənilmiş 122 (yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 10000 manat məbləğdə kredit verilmiş və bununla bağlı “X3” açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 1094179/29625 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək Cavabdeh1 ona zamin durmuşdur.Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə olan borcu 9858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik əsas, 757 (yeddi yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 10616 (on min altı yüz on altı) manat 48 (qırx səkkiz) qəpik təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh2 götürüdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddiaçı təşkilata olan borcunu birdəfəlik ödəmək imkan olmadığını, lakin hissə-hissə ödəyə biləcəyini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən “X3” açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 kreditdən istifadəyə görə illik 15% borc faizi ödəməsi şərtilə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə “X3” açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 “X3” açıq səhmdar cəmiyyətinə xx.xx.2023-cü il tarixə borcu 9858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik əsas, 757 (yeddi yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 10616 (on min altı yüz on altı) manat 48 (qırx səkkiz) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 “X3” açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya 9858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik əsas, 757 (yeddi yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 10616 (on min altı yüz on altı) manat 48 (qırx səkkiz) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1094179/29625 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 (yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “X3” açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9858 (doqquz min səkkiz yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik əsas, 757 (yeddi yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik faiz, cəmi 10616 (on min altı yüz on altı) manat 48 (qırx səkkiz) qəpik borc, həmçinin ərizəyə görə ödənilmiş 122 (yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar