Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-616/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin Cavabdeh1 və Cavabdeh2 qarşı 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.915 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik, cəmi 2.748 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 04 mart 2025-ci il tarixdə İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.915 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik, cəmi 2.748 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 04 mart 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi ilə Cavabdeh1 arasında bağlanmış 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən Cavabdeh1 illik 29% faiz dərəcəsi ilə, 30 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 30 may 2024-cü il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş 30 may 2024-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktından görünür ki, İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin predmeti olan pul vəsaitini üzərində “Fincard” adı qeyd edilmiş, **********391157 nömrəli kredit kartında Cavabdeh1 təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən cavabdehə göndərilmiş müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə 05 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə iddiaçıya borcu əsas borc qismində 1.915 manat, 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 261 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik təşkil edir. İşdə olan İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsina borcu əsas borc qismində 1.915 manat, müqavilə müddəti sonuna hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik, cəmi 2.748 manat məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 və Cavabdeh2 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinə olan borcu “müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun” (pretenziyanın) göndərildiyi tarixə - 05 fevral 2025-ci il tarixə əsas borc qismində 1.915 manat, 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 261 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik, məhkəmədə iddia qaldırıldığı vaxta əsas borc qismində 1.915 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 744 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehdən 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsinin müddətinin sonuna, yəni 30 noyabr 2026-cı il tarixə hesablanmış faiz borcu qismində 744 manat 41 qəpik pul vəsaiti tələb etdiyi halda, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verildiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə faiz borcunun tutulması barədə hər hansı iddia tələbi irəli sürməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə iddiaçı bank cavabdehdən müqavilə müddətinin sonuna deyil, müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq-pretenziya məktubunun verildiyi tarixədək hesablanmış faiz borcunu, həmin vaxtdan sonrakı dövr üçün isə illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulmasını tələb edə bilər. İşdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi müddətinin sonuna hesabladığı və tələb etdiyi məbləğ, müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) verdiliyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 05 fevral 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.915 manat, iddiaçı tərəfindən cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi tarixə - 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 261 manat 41 qəpik, cərimə qismində 88 manat 59 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 8 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 39 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin xeyrinə 30 may 2024-cü il tarixli, **********0130 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.915 (bir min doqquz yüz on beş) manat, iddiaçı tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) göndərildiyi 05 fevral 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 261 (iki yüz altmış bir) manat 41 (qırx bir) qəpik, cərimə qismində 88 (səksən səkkiz) manat 59 (əlli doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 39 (otuz doqquzz) manat 49 (qırx doqquz) qəpik, cəmi 2.304 (iki min üç yüz dörd) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. İddiaçı qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-616/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-616/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver