Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-617/2023 05.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 29 aprel 2022-ci il tarixli, İK- 3821/22 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 manat 90 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik, cəmi 8.640 manat 99 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 78 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 29 aprel 2022-ci il tarixli, İK- 3821/22 saylı saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 956 manat 43 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik, cəmi 8.580 manat 52 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105 manat 81 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 manat 90 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik, cəmi 8.640 manat 99 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat 78 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Cəlilabad” filialı ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən həmin şəxsə 36 ay müddətinə, illik 19,7 faiz ödəmək şərti ilə, 7.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 24 fevral 2023-cü il tarixə borcu ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 956 manat 43 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik, cəmi 8.580 manat 52 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105 manat 81 qəpik təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisinənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və sonuncuya göndərilmiş pretenziya məktubu cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Sonda, iddiaçının nümayəndəsi TuranBank» açıq səhmdar cəmiyyətinin “Cəlilabad” filialı ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 956 manat 43 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik, cəmi 8.580 manat 52 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105 manat 81 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiçının nümayəndəsi Nümayəndə «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə işdə olan sübutlar əsasında və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19,7 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 29 aprel 2022-ci il tarixli arayışın kserosurətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Cəlilabad” filialı tərəfindən 7.000 manat məbləğində pul vəsaitini Cavabdeh AZ11TURA**********9800115944 nömrəli hesabına köçürmüşdür. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, Cavabdeh 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan borcu əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 manat 90 qəpik, cərimə qismində 1.103 manat 76 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya ödənilməmiş əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 manat 90 qəpik, cərimə qismində 1.103 manat qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və kreditorun əmlak mənafelərini, o cümlədən ödənilmiş kreditin məbləğini, iddiaçının və cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh hesablanmış cəmi 1.103 manat 76 qəpik manat məbləğində cərimə tənasübsüz surətdə yüksək məbləğ sayılmalı və həmin məbləğ azaldılaraq cavabdehdən cərimə qismində cəmi 100 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi ləğv edilməli və Cavabdeh 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə əsas borc qismində 6.520 manat 33 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 manat 90 qəpik və cərimə qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin 16 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi qismində 90 manat 78 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, İK-3821/22 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 29 aprel 2022-ci il tarixli, İK- 3821/22 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 6.520 (altı min beş yüz iyirmi) manat 33 (otuz üç) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.016 (bir min on altı) manat 90 (doxsan) qəpik, cərimə qismində 100 (bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 (doxsan) manat 78 (yetmiş səkkiz) qəpik, cəmi 7.728 (yeddi min yeddi yüz iyirmi səkkiz) manat 01 (bir qəpik) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-617/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-617/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver