Məhkəmə qərarları › İş №e-2(022)-617/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-617/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-617/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızına qarşı 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 23 qəpik, cəmi 1.214 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızına qarşı 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 23 qəpik, cəmi 1.214 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(022)-822/2023 saylı qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyinə və iş üzrə əlavə araşdırmanının aparılması zərurəti yarandığına görə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızına qarşı 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 23 qəpik, cəmi 1.214 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi iddia icraatı qaydada baxılması müəyyən edilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızına Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən 19 ay müddətinə qaytarılmaq şərti ilə 2.261 manat məbləğində kredit verilmiş və bununla bağlı tərəflər arasında 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 2.1.1-ci maddəsinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. 495-EMB-0685-22 saylı kredit müqaviləsinin 2.4.5-ci bəndinə görə isə kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə, borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, T.B.Əliyarovanın (Nəcəfovanın) 06 mart 2024-cü il tarixə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə əsas borcu 1.028 manat 43 qəpik, fazi borcu 0 manat, cərimə borcu 154 manat 26 qəpik olmaqla, ümumi borcu 1.182 manat 69 qəpik edir və bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilməsinə və iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, T.B.Əliyarova (Nəcəfova) götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 04 oktyabr 2023cü il tarixli, 4874/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “Bu ünvanda yaşamır.” qeydi aparılmaqla, pretenziya (xəbərdarlıq) məktubunun iddiaçıdan asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Həmçinin həmin kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüy öhdəlikləri icra etmədiyi təqdirdə, əsas və faiz borcundan əlavə, borcverənə ödənilməmiş məbləğin hər günü üşün 1% məbləğində cərimə ödəməlidir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat 23 qəpik, cəmi 1.214 manat 92 qəpik məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 28 avqust 2024-cü il tarixdə “Elelektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızının faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızına «Embawood» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən istehsal edilən mebelləri almaq məqsədi ilə illik 0% dərəcəsi ilə, 19 ay müddətinə qaytarmaq şərtilə 2.261 manat məbləğində istehlak krediti verilmişdir. Həmin müqaviləsinin 1.2-ci bəndinə əsasən alınmış yataq dəsti (020 Madeyra/240121, 1 ədəd “Luna” yataq dəsti), 1 ədəd döşək (020 Madeyra/009180, döşək 1600x2000x160 – Ecosoft) (bundan sonra “Girov predmeti”) borcverənin xeyrinə girov qoyulmuşdur. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə kredit məbləğini «Embawood» məhdud məsuliyyətli cəmiyyətinin bank hesabına köçürmək (borcverənlə «Embawood» məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanılmış əməkdaşlıq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa) borcverənin hüququdur. Mülki işdə olan 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışın surətindən görünür ki, T.B.Əliyarova (Nəcəfova) həmin kredit müqaviləsi üzrə borcundan cəmi 1.251 manat ödəniş etmişdir. İşdə olan Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının surətindən görünür ki, T.B.Əliyarovanın (Nəcəfovanın) Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 06 mart 2024-cü il tarixə həmin müqavilə üzrə borcu əsas borc qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, cəmi 1.182 manat 69 qəpik təşkil edir. Mülki işdə olan «Embawood» məhdud məsuliyyətli cəmiyyəti (“Madeyra Xırdalan 2” mağazası) tərəfindən Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə təqdim edilmək üçün verilmiş 21 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, alıcı T.B.Əliyarova (Nəcəfova) «Embawood» məhdud məsuliyyətli cəmiyyətinə 2.077 manat dəyərində olan 1 ədəd “240121 Luna” yataq dəstini və 184 manat dəyərində 1 ədəd “009180 600x2000x160 – Ecosoft” döşəyin, cəmi 2.261 manat məbləğində mebeli kreditlə almaq üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş «Embawood» məhdud məsuliyyətli cəmiyyəti ilə Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış 21 yanvar 2013-cü il tarixli, 1 nömrəli əməkdaşlıq haqqında müqavilənin surətindən görünür ki, satıcı («Embawood» məhdud məsuliyyətli cəmiyyəti) istehlak mallarının alınması ilə (kreditləşməsi ilə) bağlı müştərilərini ödəyənə (Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə) yönəldir. Ödəyən isə satıcı tərəfindən yönləndirilən müştərilərin kreditləşdirilməsi məsələsinə dair müvafiq qərar (şərtlə qanunvericiliyin və ödəyənin daxili qaydalarına uyğun olduğu təqdirdə) qəbul edir. Beləliklə, işdə olan sübutlarla T.B.Əliyarovanın (Nəcəfovanın) Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinə 21 sentyabr 2022-ci il tarixli, 495- EMB-0685-22 saylı kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 manat 43 qəpik, cərimə qismində 154 manat 26 qəpik, 1.182 manat 69 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.2.6-cı maddəsinə əsasən kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) kredit müqaviləsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə görə istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, 154 manat 26 qəpik təşkil edən cərimə məbləği tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cərimə məbləğinin 50 manata qədər azaldılması məqsədə müvafiqdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdeh T.B.Əliyarova (Nəcəfova) 21 sentyabr 2022-ci il tarixli, 495-EMB-0685-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 1.028 manat 43 qəpik və cərimə qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 02 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 30 manat 23 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Əliyarova (Nəcəfova) Türkan Bəxtiyar qızından Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin xeyrinə 21 sentyabr 2022-ci il tarixli, 495- EMB-0685-22 saylı kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixə ödənilməmiş əsas borcun əvəzi qismində 1.028 (bir min iyirmi səkkiz) manat 43 (qırx üç) qəpik, cərimə qismində 50 (əlli) manat, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat 23 (iyirmi üç) qəpik, cəmi 1.108 (bir min bir yüz səkkiz) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Bank Olmayan Kredit Təşkilatı «Embafinans» qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar