Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-620/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1725 (min yeddi yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik əsas, 327 (üç yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpik faiz, cəmi 2052 (iki min əlli iki) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 597 (beş yüz doxsan yeddi) manat 96 (doxsan altı) qəpik əsas, 153 (yüz əlli üç) manat 53 (əlli üç) qəpik faiz, cəmi 751 (yeddi yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğdə pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarxili kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 950 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarxili kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1725 (min yeddi yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik əsas, 327 (üç yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpik faiz, cəmi 2052 (iki min əlli iki) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 597 (beş yüz doxsan yeddi) manat 96 (doxsan altı) qəpik əsas, 153 (yüz əlli üç) manat 53 (əlli üç) qəpik faiz, cəmi 751 (yeddi yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik, ümumilikdə 2804 (iki min səkkiz yüz dörd) manat 47 (qırx yeddi) qəpik borcu yaranmışdır. Bank tərəfindən kredit məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğlərini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarxili GTGK3880736A118 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2500 manat və xx.xx.2022-ci il tarixli BBUM********** saylı kredit müqaviləsinə əsasən onun kartına 60 ay müddətinə illik 25 faiz dərəcəsi tətbiq edilməklə 950 manat məbləğdə pul mədaxil edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarxili GTGK3880736A118 saylı və xx.xx.2022-ci il tarixli BBUM********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1725 (min yeddi yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik əsas, 327 (üç yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpik faiz, cəmi 2052 (iki min əlli iki) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 597 (beş yüz doxsan yeddi) manat 96 (doxsan altı) qəpik əsas, 153 (yüz əlli üç) manat 53 (əlli üç) qəpik faiz, cəmi 751 (yeddi yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik məbləğ təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1725 (min yeddi yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik əsas, 327 (üç yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpik faiz, cəmi 2052 (iki min əlli iki) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 597 (beş yüz doxsan yeddi) manat 96 (doxsan altı) qəpik əsas, 153 (yüz əlli üç) manat 53 (əlli üç) qəpik faiz, cəmi 751 (yeddi yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 48 (qırx səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1725 (min yeddi yüz iyirmi beş) manat 66 (altmış altı) qəpik əsas, 327 (üç yüz iyirmi yeddi) manat 32 (otuz iki) qəpik faiz, cəmi 2052 (iki min əlli iki) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 597 (beş yüz doxsan yeddi) manat 96 (doxsan altı) qəpik əsas, 153 (yüz əlli üç) manat 53 (əlli üç) qəpik faiz, cəmi 751 (yeddi yüz əlli bir) manat 49 (qırx doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 48 (qırx səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğdə pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-620/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-620/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver