Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-631/2023 20.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı «Kredex» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 09 dekabr 2021-ci il tarixli, WPR-291-0023-21 saylı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 99 manat, cərimə qismində 255 manat 49 qəpik, cəmi 354 manat 49 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 17 aprel 2023-cü il tarixdə Bank Olmayan Kredit Təşkilatı «Kredex» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 09 dekabr 2021-ci il tarixli, WPR-291-0023-21 saylı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 99 manat, cərimə qismində 255 manat 49 qəpik, cəmi 354 manat 49 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməklə yanaşı tərəflər arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli, WPR-291-0023-21 saylı kredit müqaviləsinin ləğv edilməsini də tələb edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə görə isə verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməklə yanaşı, tərəflər arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli, WPR-291-0023- 21 saylı kredit müqaviləsinin ləğv edilməsini tələb etdiyinə görə, sonuncu tələbə isə sadələşdirilmiş icraat qaydasında baxılması yolverilməz olduğu üçün ərizənin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah edilməlidir ki, o, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyı müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bank Olmayan Kredit Təşkilatı «Kredex» qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı 09 dekabr 2021-ci il tarixli, WPR-291-0023-21 saylı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 99 manat, cərimə qismində 255 manat 49 qəpik, cəmi 354 manat 49 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-631/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-631/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver