Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-632/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" QSC-nin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 580 (beş yüz səksən) manat əsas kredit borcu, 128 (yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik cərimə borcu, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin Cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsin əsasən Cavabdeh 18 ay müddətinə 2088 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikıərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 580 manat əsas kredit borcu, 128.76 manat cərimə borcu, cəmi 708.76 manat borcu qalmaqdadır.Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə 2088 manat kredit verilmişdir. İşdə olan MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyətinin 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsinə əsasən 580 (beş yüz səksən) manat əsas kredit borcu, 128 (yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik cərimə borcu, ümumilikdə borcu 708 (yeddi yüz səkkiz) manat 76 (yetmiş altı) qəpik təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 17 sentyabr 2021-ci il tarixli PRL- 137-0275-21 saylı kredit müqaviləsinə əsasən 580 (beş yüz səksən) manat əsas kredit borcu, 128 (yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik cərimə borcu, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğdə pul vəsaiti MJ Financial Services bank olmayan kredit təşkilatı” qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, “Bank VTB (Azərbaycan)” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə 17 sentyabr 2021-ci il tarixli PRL-137-0275-21 saylı kredit müqaviləsinə əsasən 580 (beş yüz səksən) manat əsas kredit borcu, 128 (yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik cərimə borcu, ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-632/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-632/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver