Məhkəmə qərarları › İş №e-2(022)-634/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-634/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-634/2024 06.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3982,52 AZN əsas, 1452,72 AZN faiz, 283,62 AZN cərimə, cəmi 5718,86 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 77.59 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşdə olan Biləsuvar RİHB-nin Aşğı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Biləsuvar rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-39- 16/2-407/2024 saylı məktubunda Biləsuvar rayonunun Aşağı-Cürəli kəndinin qeydiyyatında olmuş Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etdiyi göstərilmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon məhkməsinə daxil olaraq qeydiyyata alınmışdır. Lakin iş üzrə Cavabdeh məhkəmədə iddia qaldırılanadək, yəni xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin hazırkı iddia ölmüş şəxsə qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Halbuki, ölmüş şəxsin MPM-in 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Buna görə də ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 3982,52 AZN əsas, 1452,72 AZN faiz, 283,62 AZN cərimə, cəmi 5718,86 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 77.59 AZN məbləğində vəsaitin tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar