Məhkəmə qərarları › İş №e-2(022)-638/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-638/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-638/2023 15.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 139150-CNS-13917/2 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2781 (iki min yeddi yüz səksən bir) manat 80 (səksən) qəpik əsas borc, 2 (iki) manat 53 (əlli üç) qəpik faiz, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik məbləğdə pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat 84 (səksən dörd) qəpik pul vəsaitinin Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli 139150-CNS-13917 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 7500 manat məbləğdə kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış “xx.xx.2014-cü ol tarixli 139150-CNS-13917 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 22 sentyabr 2015-ci ol tarixli 1 saylı razılaşmaya əsasən Cavabdeh banka xx.xx.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 8.054.67 ABŞ dolları məbləğində borcu illik 1 faiz hesablanması şərti ilə 40 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və bank ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 139150-CNS-13917/2 saylı “nağd pul krediti müqaviləsi”nə əsasən o, 6759.17 manat məbləğində borcu illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Lakin borclu Cavabdeh üzərinə götürdüyü öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 2781 (iki min yeddi yüz səksən bir) manat 80 (səksən) qəpik əsas borc, 2 (iki) manat 53 (əlli üç) qəpik faiz, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik məbləğdə borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 139150-CNS-13917/2 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 1 faiz dərəcəsi tətbiq edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 09 iyul 2019-cu il tarixli 139150-CNS- 13917/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 139150-CNS-13917/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 2781 (iki min yeddi yüz səksən bir) manat 80 (səksən) qəpik əsas borc, 2 (iki) manat 53 (əlli üç) qəpik faiz, ümumilikdə borcu 2784 (iki min yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 09 iyul 2019-cu il tarixli 139150- CNS-13917/2 saylı kredit müqaviləsinə əsasən 2781 (iki min yeddi yüz səksən bir) manat 80 (səksən) qəpik əsas borc, 2 (iki) manat 53 (əlli üç) qəpik faiz, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 47 (qırx yeddi) manat 84 (səksən dörd) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 2781 (iki min yeddi yüz səksən bir) manat 80 (səksən) qəpik əsas borc, 2 (iki) manat 53 (əlli üç) qəpik faiz borcu, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat 33 (otuz üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 (qırx yeddi) manat 84 (səksən dörd) qəpik pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar