Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-658/2023 26.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı əsas borc qismində 1689 (min altı yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu olaraq 120 (yüz iyirmi) manat 67 (altmış yeddi) qəpik, cərimə borcu olaraq 28 (iyirmi səkkiz) manat 12 (on iki) qəpik, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğdə kredit borcu və dövlət büdcəsinə köçürülmüş 38 (otuz səkkiz) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, xx.xx.2022-cı il tarixdə “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 280421 saylı kredit müqaviləsi bağlanmışdır.Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh oğıuna istehlak yönümlü 2000 manat məbləğində pul ayrılmışdır.Cavabdeh 36 ay müddətinə kreditin əsas məbləği və ona illik 16% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir.Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş bu günədək borcu ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 2000 manat məbləğdə kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-cı tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc qismində 1689 (min altı yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu 120 (yüz iyirmi) manat 67 (altmış yeddi) qəpik, cərimə borcu 28 (iyirmi səkkiz) manat 12 (on iki) qəpik, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğdə kredit borcu təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinə əsas borc qismində 1689 (min altı yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu 120 (yüz iyirmi) manat 67 (altmış yeddi) qəpik, cərimə borcu 28 (iyirmi səkkiz) manat 12 (on iki) qəpik, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğdə kredit borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 38 (otuz səkkiz) manat 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “X1 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin xeyrinə əsas borc qismində 1689 (min altı yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu 120 (yüz iyirmi) manat 67 (altmış yeddi) qəpik, cərimə borcu 28 (iyirmi səkkiz) manat 12 (on iki) qəpik, cəmi 1838 (min səkkiz yüz otuz səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğdə kredit borcu və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 39 (otuz doqquz) qəpik məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-658/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-658/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver