Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-662/2023 30.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1387 (min üç yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas, 371 (üç yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik faiz, 196 (yüz doxsan altı) manat 56 (əlli altı) qəpik cərimə, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat 96 (doxsan altı) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 5557nkNARb/21 saylı kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə illik 35 % olmaq şərti ilə 20.000 manat məbləğdə krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək kredit müraciəti üçün 5 manat komissiyon tutmaqla cavabdehə verə bilər. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2021-ci il tarixində 21% olmaqla 1500 manat məbləğində kredit köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür.Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələblərini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 5557nkNARb/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faizlə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xx.xx.2021-ci il tarixli 5557nkNARb/21 saylı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5557nkNARb/21 saylı müqaviləyə əsasən Cavabdeh iddiaçı banka borcu xx.xx.2023-cü il tarixə ödənilməmiş 1387 (min üç yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas, 371 (üç yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik faiz, 196 (yüz doxsan altı) manat 56 (əlli altı) qəpik cərimə, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli 5557nkNARb/21 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə ödənilməmiş 1387 (min üç yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas, 371 (üç yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik faiz, 196 (yüz doxsan altı) manat 56 (əlli altı) qəpik cərimə, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 5557nkNARb/21 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş 1387 (min üç yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas, 371 (üç yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik faiz, 196 (yüz doxsan altı) manat 56 (əlli altı) qəpik cərimə, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 39 (otuz doqquz) manat 96 (doxsan altı) qəpik məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 1387 (min üç yüz səksən yeddi) manat 37 (otuz yeddi) qəpik əsas, 371 (üç yüz yetmiş bir) manat 56 (əlli altı) qəpik faiz, 196 (yüz doxsan altı) manat 56 (əlli altı) qəpik cərimə, cəmi 1955 (min doqquz yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat 96 (doxsan altı) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-662/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-662/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver