Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-673/2023 11.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcunun - bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 126 (yüz iyirmi altı) manat 98 (doxsan səkkiz ) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan “Amrahbank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Masallı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 sentyabr 2017-ci tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 6 (altı) faiz dərəcəsi ilə 10627 (on min altı yüz iyirmi yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır.Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 17 noyabr 2022-ci il tarixli **********888 saylı bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank İisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Bu səbəbdən də Cavabdeh1 10 yanvar 2023-cü il tarixə kredit üzrə banka ödənilməmiş cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları borcu vardır. Bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcu təşkil edir. Sonda iddiaçının nümayəndəsi X3 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcunun - bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 126 (yüz iyirmi altı) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, idiaçıya olan borcunu birdəfəlik ödəmək imkanı olmadığını və bu səbəbdən də borcunu hissə-hissə qaytarmağa razı olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, idiaçıya olan borcunu birdəfəlik ödəmək imkanı olmadığını və bu səbəbdən də borcunu hissə-hissə qaytarmağa razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümyəndəsini və cavabdehləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 sentyabr 2017-ci tarixli MAS-03465/17 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin “Masallı” filialı Cavabdeh1 kreditdən istifadəyə görə illik 6% ödəməsi şərtilə 60 ay müddətinə 10627 ABŞ dolları məbləğdə kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 16 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 yanvar 2023-cü il tarixə kimi İddiaçı açıq səhmdar cəmiyyətinə borcu, 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcunun - bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MPM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa iş materiallarında olan 15 sentyabr 2017-ci il taixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 15 sentyabr 2017-ci tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu - bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (yüz iyirmi altı) manat 98 (doxsan səkkiz ) qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15 sentyabr 2017-ci il tarixli MAS-03465/17 nömrəli kredit müqaviləsi üzrə cəmi 7251.13 (yeddi min iki yüz əlli bir dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu - bundan 5888.52 (beş min səkkiz yüz səksən səkkiz dollar 52 sent) ABŞ dolları əsas, 1268.31 (bir min iki yüz altmış səkkiz dollar 31 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 94.30 (doxsan dörd dollar 30 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 126 (yüz iyirmi altı) manat 98 (doxsan səkkiz ) qəpik məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(022)-673/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-673/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver