Məhkəmə qərarları › İş №e-2(022)-680/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-680/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-680/2023 02.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqaviləsi bağlamışdır.Həmin müqaviləyə əsasən Cavabdeh1 2370.56 manat məbləğində borcu illik 1% hesablamaqla 5 il müddətinə bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür.Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 31 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, o, müqavilənin şərtlərinə əməl etməmişdir.Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir.Bağlanmış xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik təşkil etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqaviləsinə əsasən Cavabdeh1 illik 1 faiz dərəcəsi olmaqla 5 il müddətinə 2370.56 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə əsas borca görə 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı QSC-yə 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 31 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli 31 saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı qapalı səhmdar cəmiyyəti BOKT və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 31 saylı Güzəştli borc müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə əsas borc olaraq 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik məbləğdə pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 43 (qırx üç) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2312 (iki min üç yüz on iki) manat 16 (on altı) qəpik, faiz borcuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik, cəmi 2333 (iki min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat 34 (otuz dörd) qəpik məbləğdə pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar