Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-683/2023 02.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMM QBKT Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********0688 saylı kredit müqaviləsi üzrə əsas borc 912 (doqquz yüz on iki) manat 13 (on üç) qəpik, faiz borcuna görə 8 (səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, cəmi 920 (doqquz yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində, həmçinin **********0691 saylı kredit müqaviləsi üzrə əsas borc 959 (doqquz yüz əlli doqquz) manat 56 (əlli altı) qəpik, faiz borcu 9 (doqquz) manat 75 (yetmiş beş) qəpik, cəmi 969 (doqquz yüz altmış doqquz) manat 31 (otuz bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 90 (doxsan) qəpik pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmi.dir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0688 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restruktrizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 912.13 manat, həmçinin eyni tarixli **********0691 saylı güzəştli kredir (restrukturizasiya) mqaaviləsi ilə müavilə imzalanan tarixə 959.56 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və bir il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0688 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hır ay 0,76 manat, dörd il müddətində isə hər ay 19.40 manat olmaqla və **********0691 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0,80 manat, dörd il müddətində isə hər ay 20.41 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, iddia təmin edilməlidir. İşdə olan "xxxx" MMM QBKT və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0688 saylı Güzəştli kredit müqaviləsinə əsasən cavabdehə illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 912.13 manat və xx.xx.2019-cu il tarixli **********0691 saylı Güzəştli kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 959.56 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" MMM QBKT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMM QBKT-yə xx.xx.2019-cu il tarixli **********0688 saylı Güzəştli kredit müqaviləsinə əsasən əsas borc 912 (doqquz yüz on iki) manat 13 (on üç) qəpik, faiz borcuna görə 8 (səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, cəmi 920 (doqquz yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində, həmçinin **********0691 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 959 (doqquz yüz əlli doqquz) manat 56 (əlli altı) qəpik, faiz borcu 9 (doqquz) manat 75 (yetmiş beş) qəpik, cəmi 969 (doqquz yüz altmış doqquz) manat 31 (otuz bir) qəpik məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli **********0688 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc 912 (doqquz yüz on iki) manat 13 (on üç) qəpik, faiz borcuna görə 8 (səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, cəmi 920 (doqquz yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində, həmçinin **********0691 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 959 (doqquz yüz əlli doqquz) manat 56 (əlli altı) qəpik, faiz borcu 9 (doqquz) manat 75 (yetmiş beş) qəpik, cəmi 969 (doqquz yüz altmış doqquz) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMM QBKT-nin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 38 (otuz səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli **********0688 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 912 (doqquz yüz on iki) manat 13 (on üç) qəpik, faiz borcuna görə 8 (səkkiz) manat 27 (iyirmi yeddi) qəpik, cəmi 920 (doqquz yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində, həmçinin **********0691 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borc 959 (doqquz yüz əlli doqquz) manat 56 (əlli altı) qəpik, faiz borcu 9 (doqquz) manat 75 (yetmiş beş) qəpik, cəmi 969 (doqquz yüz altmış doqquz) manat 31 (otuz bir) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-683/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-683/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver