Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-694/2023 12.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ləğv Prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 4432 (dörd min dörd yüz otuz iki) manat 32 (otuz iki) qəpik – bundan 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 69 (altmış doqquz) qəpik əsas, 1395 (min üç yüz doxsan beş) manat 25 (iyirmi beş) qəpik faiz, 4 (dörd) manat 17 (on yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illi 5%-lə hesablanmış 74 (yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik faiz borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 (altmış dörd) manat 32 (otuz iki) qəpik cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə cavabdeh-Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MK220719-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 3524.31 (üç min beş yüz iyirmi dörd manat 31 qəpik) manat məbləğində kredit verilmişdir.Cavabdeh1 kredit verilərkın X3 və Cavabdeh2 ilə Bank arasındada 22 iyul 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cabdehlik daşıyır.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh1 Canah qızı müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 4432.32 (dörd min dörd yüz otuz iki manat 32 qəpik) manat təşkil edir. Bundan 2958.69 (iki min doqquz yüz əlli səkkiz manat 69 qəpik) manat əsas, 1395.25 (bir min üç yüz doxsan beş manat 25 qəpik) manat faiz, 4.17 (dörd manat 17 qəpik) manat sərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 74.21 (yetmiş dörd manat 21 qəpik) manat faiz borcu təşkil edir.Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 130 (yüz otuz) manat məbləğində ödəniş etmişdir.Kredit müqaviləsinin 2.4-cü və 3.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən İstifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kedit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********445 saylı bildiriş məktubunun göndərilməsinə baxmaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan Ləğv Prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1, illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 3524.31 manat məbləğində kredit verilmişdir. İşdə olan Ləğv Prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Ləğv Prosesində olan İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 4432 (dörd min dörd yüz otuz iki) manat 32 (otuz iki) qəpik – bundan 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 69 (altmış doqquz) qəpik əsas, 1395 (min üç yüz doxsan beş) manat 25 (iyirmi beş) qəpik faiz, 4 (dörd) manat 17 (on yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illi 5%-lə hesablanmış 74 (yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01/ZM/1 və xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01/ZM/2 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və X3 ilə xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01/ZM/1 və xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01/ZM/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 xx.xx.2019-cu il tarixli ***-*******MK220719-01 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə müqavilə üzrə xx.xx.2023-cü il tarixə cəmi borc 4432 (dörd min dörd yüz otuz iki) manat 32 (otuz iki) qəpik – bundan 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 69 (altmış doqquz) qəpik əsas, 1395 (min üç yüz doxsan beş) manat 25 (iyirmi beş) qəpik faiz, 4 (dörd) manat 17 (on yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illi 5%-lə hesablanmış 74 (yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 64 (altmış dörd) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 2958 (iki min doqquz yüz əlli səkkiz) manat 69 (altmış doqquz) qəpik əsas, 1395 (min üç yüz doxsan beş) manat 25 (iyirmi beş) qəpik faiz, 4 (dörd) manat 17 (on yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illi 5%-lə hesablanmış 74 (yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik faiz borcu, cəmi 4432 (dörd min dörd yüz otuz iki) manat 32 (otuz iki) qəpik və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 (altmış dörd) manat 32 (otuz iki) qəpik məbləğdə pul vəsaiti Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-694/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-694/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver