Məhkəmə qərarları › İş №e-2(022)-696/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-696/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-696/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 09 sentyabr 2020-ci il tarixli, BPM**********29 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 142 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 97 qəpik, cəmi 146 manat 09 qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat və bank xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 10 may 2023-cü il tarixdə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 09 sentyabr 2020-ci il tarixli, BPM**********29 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 142 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 97 qəpik, cəmi 146 manat 09 qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 manat və bank xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 10 may 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli, BPM**********29 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən X2 36 ay müddətinə, illik 24% dərəcəsi ilə, 500 manat kredit limiti ayrılmaqla plastik kart vermişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş tam kart çərçivə müqaviləsi üzrə borca dair maliyyə arayışından görünür ki, İ.M.Abasovun «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 142 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 97 qəpik təşkil edir. Mülki iş materiallarından olan 01 noyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu X3 17 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 17 oktyabr 2021-ci ildə vəfatından sonra İ.M.Abasovun vərəsəsi Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 503-cü maddəsinə əsasən borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinə əsas borc qismində 142 manat 12 qəpik, 19 yanvar 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 97 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 09 sentyabr 2020-ci il tarixli, BPM**********29 saylı güzəştli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 142 manat 12 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 97 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və bank xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin xeyrinə 09 sentyabr 2020-ci il tarixli, BPM**********29 saylı tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 142 (bir yüz qırx iki) manat 12 (on iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 (üç) manat 97 (doxsan yeddi) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmət haqqı qismində 40 (qırx) qəpik, cəmi 176 (bir yüz yetmiş altı) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar